Accessibility links

İran və Azərbaycan arasında diplomatik gərginlik davam edir 


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrailə rəsmi səfəri zamanı İsrailin xarici işlər naziri Eli Kohen ilə mətbuat konfransında iştirak edərkən (Mənbə: AZERTAC)
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrailə rəsmi səfəri zamanı İsrailin xarici işlər naziri Eli Kohen ilə mətbuat konfransında iştirak edərkən (Mənbə: AZERTAC)

İran və Azərbaycan arasında münasibətlərdə gərginlik davam edir. Azərbaycanın İsraildə səfirliyinin açılmasından sonra İran Xarici İşlər Nazirliyi Azərbaycanla bağlı ittihamedici bəyanatlarını davam etdirməkdədir. İki ölkənin hökumətyönümlü medialarında bir-birinə qarşı hədələyici, ittihamedici reportajlar yayılır.

İRNA agentliynin məlumatına görə, İranın Bakıdakı səfirliyi aprelin 1-də Azərbaycan mətbuatının İslam Respublikasına qarşı həyata keçirdiyi təhqiredici tədbirlərlə əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

“Səfirlik Azərbaycan mediasının həyata keçirdiyi tədbirlərə kəskin etirazını bildirib və onlara dərhal son qoyulmasını istəyib”, xəbərdə qeyd edilir.

Azərbaycan Xarici İşlər Nazirliyi bu məlumata hələ münasibət bildirməyib.

Bununla yanaşı, aprelin 1-də İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Nasser Kanani Twitter hesabında yazıb ki, İran Azərbaycan hökumətindən "sionist rejimin xarici işlər nazirinin İrana qarşı vahid cəbhənin formalaşdırılması haqda Azərbaycanla sazişinə dair bəyanatına" açıqlama verməsini xahiş edib.

“Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi cavab verməməyə çalışdı və bunun əvəzinə İrana qarşı yeni ittihamlar irəli sürdü", Kanani qeyd edib.

"Məgər sükutun davam etdirilməsi Bakının strateji tərəfdaşının (Təl-Əvivivin) bəyanatlarının gizli təsdiqi deyilmi", İran nümayəndəsi əlavə edib.

"Müsəlman ölkələrinə yaxınlaşaraq, cinayətkar sionist rejim öz ekspansionist məqsədlərinə çatmaq üçün islam ümmətində mübahisələr və parçalanma toxumu səpməyə çalışır", o deyib.

"Biz Azərbaycandakı müsəlman qardaş və bacılara sionist düşmənin əsl niyyətlərindən xəbərdar olmağı məsləhət görürük", iranlı diplomat Twitter-də yazıb.

İsrailin xarici işlər naziri Eli Koen martın 29-da Tel-Əvivdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib: "İran regionumuzu təhdid edir, terrora dəstək verib maliyyələşdirməklə Yaxın Şərqdə qeyri-stabillik yaradır. Biz İrana qarşı birgə hərəkət etməliyik. İranın nüvə imkanlarını genişləndirməsinə imkan verməməliyik".

Bundan sonra İran diplomatik missiyası həmçinin iki ölkə arasındakı münasibətlərə hörmətsiz hərəkətlərin zərərli nəticələri barədə xəbərdarlıq edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə iranlı həmkarı Nasir Kənaniyə cavabında bildirib ki, Azərbaycan Iranın iddiaları ilə bağlı mövqeyini açıqlayıb.

“Əsas sual budur ki, nə üçün İran Xarici İşlər Nazirliyi normadan və mühakimələrdə rasionallıqdan sistematik yayınma modelinə sadiq qalır? Bu, açıq şəkildə qərəzli yanaşmadır. Həqiqəti bilmək istəyən hər kəs brifinqin videosunu izləyə bilər”, paylaşımda deyilir.

Mövzuya uyğun

XS
SM
MD
LG