Kreml bu dəfə rus generalı İqor Kirillovun öldürülməsindən Ukrayna və ABŞ-ı hədəf alan biosilahlara dair konspirasiya nəzəriyyələrini təkzib etmək üçün istifadə edir.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiyanın Ukraynada 600 min itki verdiyi üçün Suriyada Əsəd rejiminə kömək edə bilmədiyini deyib. Kremlin sözçüsü Dmitri Peskov Trampın iddiasını rədd edərək, Ukraynanın hərbi itkilərinin Rusiya ilə müqayisədə xeyli yüksək olduğunu iddia edib.
Noyabrın 21-də Rusiya Ukraynanın Dnepr şəhərini eksperimental “Oreşnik” orta mənzilli ballistik raketi ilə vurub. Rusiya prezidenti Vladimir Putin ertəsi gün “Oreşnik” raketinin zərərsizləşdirilməsinin mümkün olmadığını iddia edib.
Almaniya oktyabrın 21-də Baltik dənizi sahilində yerləşən Rostokda hərbi donanma qərargahının açılışını edib. Rusiya bazanın yaradılmasını İkinci Dünya Müharibəsindən əvvəl Almaniyanın nasist hərbiləşdirilməsi ilə müqayisə edərək, bunun soyuq müharibə dövründəki razılaşmanı pozduğunu bildirib.
Məşhur “Vaqner” qruplaşması və onun mərhum banisi Yevgeni Priqojinlə yaxın əlaqələri olan rus siyasi operatoru Maksim Şuqaley sentyabrın ortalarında Çadda heç bir izahatı verilməyən ittihamlarla saxlanılıb. Rusiya rəsmiləri və dövlət nəzarətində olan media iddia edir ki, Şuqaley günahsızdır.
Sentyabrın 24-də Amerika Birləşmiş Ştatları 58 yaşlı Rayn Rutu keçmiş ABŞ prezidenti Donald Trampa sui-qəsd təşkil etməkdə ittiham edib. Rusiya və ABŞ-dakı Kreml yönümlü mənbələr isə Raynın Kyiv adından hərəkət etdiyini iddia etmək üçün onun Ukraynaya dəstək verdiyi keçmişindən istifadə edirlər.
Sentyabrın 18-də Ukrayna Rusiyanın Kursk bölgəsində əks-hücumunu dayandırdığını, mülki rusların hələ də işğal olunmuş ərazilərdə qaldığını elan edib. Sentyabrın 8-də TASS, Kursk bölgəsindəki Ukrayna muzdlularının mülki insanlara qarşı xüsusilə qəddar olduğunu iddia edib.
Rusiyanın Ukraynaya hücumundan sonra Rusiya dövlət mediası yüzlərlə xəbər məqaləsi və televiziya reportajında Larri C. Consona istinad edib. Kreml Consonun tez-tez yalnış və aldadıcı iddialarından Rusiyayönlü hekayələri təbliğ etmək və öz imicini yaxşılaşdırmaq üçün istifadə edir.
Rusiya ABŞ-da siyasi parçalanmaları daha da gücləndirmək və Ukraynaya dəstəyi zəiflətmək üçün keçmiş prezident Donald Trampa qarşı sui-qəsd cəhdini özünə fürsət bilib.
ABŞ-ın Rusiyaya ballistik raketlər göndərdiyinə görə İrana qarşı yeni sanksiyalar tətbiq etmək qərarı Tehran tərəfindən təkzib fırtınası ilə qarşılanıb.
Rusiya məşhur sosial media mesenceri - Telegram-ın qurucusu və baş icraçı direktoru Pavel Durovun Fransada təqibini mətbuat azadlığının pozulması kimi qiymətləndirərək, Fransanı ABŞ-ın təlimatlari ilə hərəkət etməkdə ittiham edib.
Sentyabrın 4-də ABŞ-ın Ədliyyə və Dövlət Departamentləri 2024-cü ilin noyabrında keçiriləcək seçkilərə təsir etmək məqsədi ilə ABŞ- influenserləri vasitəsilə Rusiya propagandasını yaymaq üçün 10 milyon dolları yumaqda ittiham olunan iki RT əməkdaşına qarşı cinayət ittihamları elan edib.
Daha çox yüklə