Accessibility links

Azərbaycan İsraildə səfirlik, Fələstin ərazilərində təmsilçilik ofisi açır


Milli Məclis (Arxiv foro, mənbə VOA)
Milli Məclis (Arxiv foro, mənbə VOA)

Azərbaycan Milli Məclisi İsraildə (Tel-Əviv şəhərində), Albaniyada (Tirana şəhərində) və Keniyada (Nayrobi şəhərində) səfirlik, Fələstin ərazilərində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin açılmasına razılıq verib.

Milli Məclis həmçinin Azərbaycanın BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyin təsis edilməsinə razılıq verib.

Parlamentin bu qərarlarının arasında İsraildə Azərbaycan səfirliyinin açılmasına razılıq verməsi ictimai-siyasi mühitdə aktuallığı ilə seçilir.

Azərbaycan İsrail ilə ikitərəfli strateji və iqtisadi əlaqələri inkişaf etdirən az saylı müsəlman ölkələrindən biridir. Israil 1992-ci il oktyabrın 7-də Azərbaycanda səfirlik açıb.

Azərbaycan Bakıda və Quba rayonun Qırmızı qəsəbəsində yaşayan təxminən 30.000 yəhudinin vətənidir. Bakıda 5000-ə yaxın Aşkenazi yəhudisi yaşayır. Keçmiş Sovet İttifaqında ilk Yəhudi Soçnut məktəbi 1982-ci ildə Bakıda açılıb.

Azərbaycanda yəhudilərin iyirmiyə yaxın ictimai-mədəni və xeyriyyə təşkilatı, - “Yəhudi Evi”, “Azərbaycan-İsrail” Cəmiyyəti, Azərbaycan Yəhudi Qadınlar Assosiasiyası, “Yəhudi Mədəniyyət Mərkəzi”, “Soxnut” Beynəlxalq Yəhudi Təşkilatının Azərbaycan bölməsi və digərləri fəaliyyət göstərir.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, indityədək Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 13 sənəd imzalanıb.

Azərbaycan Milli Məclisində Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu, İsrail Parlamentində İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir.

Azərbaycanla İsrail arasında ticarət dövriyyəsi 2020-ci ildə 465721.02 milyon dollar olub. Bunun 28220.95 milyon dolları idxal, 437.500.07 ixrac təşkil edir.

İsrail Azərbaycandan böyük həcmdə neft və neft məhsulları alır, Azərbaycan isə İsraildən kənd təsərrüfatı, hərbi, hərbi texniki sənaye məhsulları, informasiya kommunikasiya texnologiyaları alır.

Azərbaycanın İsraildə səfirlik açması İran-Azərbaycan münasibətlərinin gərginlik dövrünə təsadüf edir.

Milli Məclisin deputatı Rasim Musabəyov
Milli Məclisin deputatı Rasim Musabəyov

Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rasim Musabəyov Amerikanın Səsinə bildirib ki, Azərbaycanın İsraildə səfirlik açmasına çoxdan zərurət olub.

“Bizim İsraillə əlaqələrimiz İsraildə səfirlik açılmasını çoxdan gündəliyə gətirib. Bizim İsraillə iqtisadi dövriyyəmiz, hərbi-sənaye kompleksi ilə bağlı münasibətlərimiz, institutlarımız var. Yəni Azərbaycanda kifayət qədər böyük yəhudi icması var. İsraildə Azərbaycanla qohumluq əlaqəsi olan azı 100 minə yaxın insan yaşayır. İsraillə Bakı arasında gündəlik təyyarə reysləri yerinə yetirilir. Belə olan halda İsraildə Azərbaycanın səfirliyinin açılması çoxdan vacib idi,” deputat qeyd edib.

Rasim Musabəyov: İsraildə Azərbaycan səfirliyinin açılması zərurət idi
please wait

No media source currently available

0:00 0:01:38 0:00

Musabəyov Fələstində Azərbaycanın Təmsilçilik Ofisinin açılmasından da danışıb.

“Bəli, biz Fələstini də yaxın hesab edirik. Paralael olaraq orada da nümayəndəliyimiz açıldı.”

O, İranın reaksiyası ilə bağlı sualın cavabında deyib ki, “İran Qafanda (Ermənistanın İranla sərhədində şəhər-red) nümayəndəlik açanda Azərbaycandan razlılıq alıbmı? İndi İran Azərbaycandan heyf çıxmaq üçün gedib Ermənistanda yeni bir konsulluq da açsın,” deputat qeyd edib.

XS
SM
MD
LG