Accessibility links

Azərbaycanın səfiri etimadnaməsini İsrail prezidentinə təqdim edib


Səfir Muxtar Məmmədov etimadnaməsini İsrail prezidentinə təqdim edib (Foto səfir Muxtar Məmmədovun twitter səhifəsindən götürülüb)
Səfir Muxtar Məmmədov etimadnaməsini İsrail prezidentinə təqdim edib (Foto səfir Muxtar Məmmədovun twitter səhifəsindən götürülüb)

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov etimadnaməsini İsrail Prezidenti İsxak Hersoqa təqdim edib.

Bu barədə səfir Məmmədov twitter hesabında yazıb.

“Azərbaycan Respublikasının ilk səfiri kimi İsrail Dövlətinin Prezidentinə etimadnaməmi təqdim etməkdən şərəf və qürur duyuram”, Məmmədov qeyd edib.

Səfir Muxtar Məmmədovun twitter hesabı
Səfir Muxtar Məmmədovun twitter hesabı

Milli Məclis 2022-ci il noyabrın 19-da Azərbaycan hökumətinin İsraildə səfirlik açmasına razılıq verib.

Prezident İlham Əliyev Azərbaycanın İsraildə (Təl-Əviv şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında noyabrın 26-da sərəncam imzalayıb.

Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 11-də imzaladığı sərəncamla Muxtar Məmmədov Azərbaycanın İsrail dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Azərbaycanın İsraildə səfirlik açmaq qərarı çoxsaylı beynəlxalq qurumlar tərəfindən dəstəklənib. İsrail hökuməti Azərbaycanın Tel-Əvivdə səfirlik açmasını strateji müttəfiqlik əlaqələrinin gücləndirilməsinə işarə kimi qiymətləndirib.

Azərbaycanın İsraildə səfirlik açması barədə qərarı İran-Azərbaycan münasibətlərində gərginlik yaşandığı vaxta təsadüf edir. Anti-İsrail ideologiyasına əsaslanan mövcud İran hakimiyyəti bir qayda olaraq Azərbaycanın İsraillə münasibətlərinə tənqidi mövqe bəsləyib.

İsrail mediasının məlumatına görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tel-Əvivdə səfirlik binasının açılış mərasimində iştirak etmək üçün martın sonundan bu ölkəyə səfər edəcək.

XS
SM
MD
LG