Accessibility links

İsrail Xarici İşlər Nazirliyi: Azərbaycanın İsraildə səfirlik açması tarixi qərardır


Azərbaycanın İsraildə səfirlik açması tarixi qərardır.

Bu barədə İsrail Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.

“Bu gün (18 noyabr 2022-ci il) Azərbaycan parlamenti Azərbaycanın İsraildə, Təl-Əvivdə səfirliyinin açılması ilə bağlı tarixi qərar qəbul edib. Bu, əhalisinin əksəriyyətinin şiə olduğu müsəlman ölkəsinin İsraildə ilk səfirliyi olacaq”, - bildirilib.

Öz növbəsində İsrailin Baş naziri Yair Lapid Azərbaycan parlamentinin İsraildə səfirlik açmaq qərarını alqışlayıb.

Bu barədə o Twitter-də bildirib.

"Azərbaycan İsrailin mühüm tərəfdaşıdır və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinin vətənidir. Səfirlik açmaq qərarı ölkələr arasında münasibətlərin dərinliyini əks etdirir. Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə möhkəm siyasi körpülər qurmaq səylərinin bəhrəsidir”, - o qeyd edib.

O, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib və Azərbaycan xalqını təbrik edib.

Bundan əlavə İsrail səfiri Corc Dik Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı qərara münasibət bildirib.

Corc Dik qərarı qeyd olunacaq hadisə kimi dəyərləndirib: “Bu şüşəni açmaq vaxtıdır! Bu gün Milli Məclis Azərbaycanın İsraildə səfirliyinin açılması haqqında qanunu qəbul edib”.

Qeyd edək ki, Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi ilə bağlı Milli Məclisin bu gün keçirilən iclasında qərar qəbul edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG