Martın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin İsrailin kəşfiyyat naziri Gila Gamlieli ilə görüşündə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Prezidentinin rəsmi internet satyının məlumatına görə, görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib. İsraildə Azərbaycan səfirliyinin açılmasının önəmi, eyni zamanda, bu ilin fevralında Prezident İlham Əliyevin Münhendə İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ilə görüşü qeyd edilib.
Görüşün detalları barədə ətraflı məlumat verilmir.