Accessibility links

Hikmət Babaoğlu: İran dövləti məsuliyyətini dərk edərək açıq, məntiqli və qanedici izahat verməlidir


"İran dövləti məsuliyyətini dərk edərək, açıq, məntiqli və qanedici izahat verməlidir"
please wait

No media source currently available

0:00 0:01:48 0:00

Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumdan sonra Azərbaycanda çoxsaylı jurnalistlər İranın Bakıdakı səfirliyinin binasının qarşına toplaşıb. Jurnalistlər saatlarla gözləsələr də İran səfirliyinin nümayəndəsi onların qarşısına çıxıb açıqlama verməyib.

Bu barədə İranın Bakıdakı səfirliyinin binasının qarşısında olan Amerikanın Səsinin müxbiri bildirib.

Onun sözlərinə görə, Azərbaycanda iqtidarda olan Yeni Azərbaycan Partiyasının Milli Məclisdəki deputatlarının əlaqələndircisi Hikmət Babaoğlu İran səfirliyinin binasının qarşısına gələrək jurnalistlərə açıqlama verib.

O bildirib ki, baş vermis terror hadisəsi qınanmalıdır.

“Şübhəsiz ki, burada İran dövləti öz məsuliyyətini dərk edərək baş vermis hadisəni açıq, məntiqli və qaneedici izahatını verməlidir. Bir qədər öncə Böyük Britaniyada da Azərbaycan səfirliyinə qarşı oxşar hadisə baş vermişdi. Bu məsələni məişət səviyyəsinə endirəcək açıqlamalar verildi. Bunu İran mənşəli radikal qruplarla əlaqələndirdilər. Amma, bu qanedici bir izahat deyildi. İndi isə baş vermis hadisə mütləq öz açıq və məntiqli izahını tapmalıdır. Çünki İran da Azərbaycan kimi 1961-ci ildə imzalanmış Vyana konvensiyasına qoşulub. Demək, İranın məsuliyyəti var. Üstəlik də bu hadisə təkcə Azərbaycan səfirliyinə qarşı deyil, bütünlükdə Azərbaycana qarşı törədilmiş bir hadisə kimi qiymətləndirilməlidir. Ona görə ki, hər bir ölkənin başqa ölkədəki səfirliyi həmin ölkənin ərazsisi hesab edilir. Düşünürəm ki, İranın rəsmi açıqlamalarına Azərbaycanda artıq icitmai etimad olmadığına görə baş vermis terrorun araşdırılması və istintaqının aparılması prosesinə Azərbaycanın mütəxəssisləri də cəlb olunmalıdır ki, hadisənin nə üçün, nəyə görə və hansı şəkildə baş verməsi ilə bağlı bizim aydın fikirlərimiz olsun”, o qeyd edib.

XS
SM
MD
LG