Accessibility links

Fransa İranda həbsdə olan vətəndaşının səhhətinin pisləşdiyi üçün azadlığa buraxılmasını tələb edir


İranda həbsdə olan Fransa-İrlandiya vətəndaşı Bernard Felan
İranda həbsdə olan Fransa-İrlandiya vətəndaşı Bernard Felan

Fransanın Xarici İşlər Nazirliyi cümə axşamı İranda həbsdə olan Fransa-İrlandiya vətəndaşı Bernard Felanın səhhətinin pisləşdiyini bildirib və onun dərhal azad edilməsini tələb edib. Paris ona təcili tibbi yardım göstərilmədiyini deyib.

Fransa ilə İran arasındakı əlaqələr son aylarda Tehranın yeddi vətəndaşını həbs etməsindən sonra pisləşib. Parisin bildirdiyinə görə, bu əsassız həbslər dövlət tərəfindən girov götürülməsi deməkdir.

Turizm üzrə məsləhətçi işləyən 64 yaşlı Felan oktyabrın əvvəlində, hökumət əleyhinə etirazlar ölkə boyu yayıldığı zaman saxlanılıb.

Diplomatlar onun bu yaxınlarda aclıq aksiyasını sağlamlığına zərər vurduğuna görə dayandırdığını və hələ də çox zəif olduğunu bildirib.

"Onun səhhətinin son dərəcə zəifliyi bizi çox narahat edir" - deyə, Xarici İşlər Nazirliyinin sözçüsü Ann-Kler Lejandre mətbuat konfransında jurnalistlərə verdiyi açıqlamada bildirib. O, onun digər altı fransız məhbusun dərhal azad edilməsini tələb edib.

İrana turist kimi səfər edən 35 yaşlı Fransa vətəndaşı Lui Arnonun ailəsi cümə axşamı oğlunun sentyabrın 28-də həbs edildiyini və Tehranın Evin həbsxanasında saxlandığını bildirib.

Son illərdə İranın elit İnqilab Keşikçiləri Korpusu əsasən casusluq və təhlükəsizliklə bağlı ittihamlarla onlarla ikili vətəndaşlığı olanları və xarici vətəndaşı həbs edib.

XS
SM
MD
LG