Accessibility links

ABŞ, Avropa İttifaqı və Britaniya İrana yeni sanskiyalar tətbiq edib


İran Prezidenti İbrahim Rəisi İran parlamentində çıxış edir. 22 yanvar, 2023. 
İran Prezidenti İbrahim Rəisi İran parlamentində çıxış edir. 22 yanvar, 2023. 

Birləşmiş Ştatlar Avropa İttifaqı və Britaniyaya qoşularaq, etirazçılara qarşı təqiblərə cavab olaraq, bazar ertəsi İrana yeni sanksiyalar tətbiq edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat konfransı zamanı müxbirlərə deyib ki, yeni sanksiyalar 10 nəfərə, o cümlədən İranın kəşfiyyat nazirinin müavini və İnqilab Keşikçiləri Korpusunda baş komandirlərə tətbiq olunub.

Prays bildirib ki, sanksiyaların məqsədi İran rejiminin “insan haqları ilə əlaqədar cavabdehliyini təşviq etmək məqsədi daşıyır.”

“Bugünkü tədbirlər müttəfiqlərimiz və tərəfdaşlarımızla yaxın məsləhətləşmələr nəticəsində qəbul edilmiş və İran rəsmilərinin dinc etirazçılara qarşı qəddar və zorakı təqibləri ilə əlaqəsi olan İranın fiziki şəxsləri və qurumlarını hədəf alan çoxsaylı sanksiyaların ən sonuncusudur,” Prays deyib.

İranın xarici işlər nazirliyi çərşənbə axşamı Avtopa İttifaqı və Britaniyanın yeni sanksiyalarını qınaylb və bənzər şəkildə cavab verəcəyinə söz verib.

“İslam Respublikası yaxında Aİ və İngiltərədə insan hüquqlarını pozanlara qarşı yeni sanksiyalar siyahısını açıqlayacaq,” İranın xarici işlər nazirliyinin sözçüse Nəsir Kənani açıqlamasında bildirib.

Avropa İttifaqının bazar ertəsi tətbiq etdiyi sanksiyalar onlarla rəsmi və təşkilatı hədəf alıb. Aİ sanksiyalar siyahısına İranın İdman və Gənclər naziri Həmid Səccadi, İranın Xüsusi Polis Qüvvələri, İnqilab Keşikçiləri Korpusunun yüksək vəzifəli zabitləri və çox sayda kibertəhlükəsizlik, casusluq proqramları və təhlükəsizlik avadanlıqları şirkətləri daxildir.

Britaniyanın sanksiyalarına İranın baş prokurorunun müavini Əhməd Fazelian daxildir. Britaniyanın xarici işlər nazirliyi bildirir ki, Fazelian edam hökmündən siyasi məqsədlər üçün istifadə edən ədalətsiz məhkəmə sisteminə görə məsuliyyət daşıyır.

“Edam hökmündən siyasi məqsədlər üçün istifadə edənlərdən tutmuş, küçələrdə etirazçıları döyən quldurlara kimi bu gün sanksiya qoyulanlar rejimin İran xalqına qarşı qəddar repressiyasının mərkəzindədir,” Britaniya xarici işlər naziri Ceyms Kleverli bəyanatında bildirib.

XS
SM
MD
LG