Accessibility links

Eli Koen: “Biz Azərbaycan və İsrail arasında əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik”


Ceyhun Bayramov və Eli Koen (Foto İsrail Xarici İşlər Nazirliyinin twitter səhifəsindən götürülüb)
Ceyhun Bayramov və Eli Koen (Foto İsrail Xarici İşlər Nazirliyinin twitter səhifəsindən götürülüb)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İsrailin xarici işlər naziri Eli Koen arasında telefon danışığı olub.

İsarilin xarici işlər naziri Twitter səhifəsində yazıb ki, telefon danışığı zamanı Azərbaycanın İsraildə səfirliyinin açılması və səfirin təyin olunması məsələlərini müzakirə ediblər.

“Mən həmkarımı səfərə dəvət etdim. Biz iki ölkə arasında münasibətləri möhkəmləndirmək və əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik”, İsrailin XİN başçısı vurğulayıb.

This image contains sensitive content which some people may find offensive or disturbing.
Eli Koenin twitter səhifəsi
Eli Koenin twitter səhifəsi

Ceyhun Bayramov həmçinin Eli Koeni yeni təyinatı münasibətilə təbrik edib.

Bununla yanaşı, telefon danışığı barədə Azərbaycan Xarici İşlər Nazirliyi hələ məlumat yaymayıb.

Prezident İlham Əliyev noyabrın 26-da Azərbaycanın İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi ilə bağlı sərəncam imzalayıb.

Dövlət başçısının yanvarın 11-də imzaladığı digər sərəncamla Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Səsinə deyib ki, Azərbaycan-İsrail əməkdaşlığı hazırda iki istiqamətdə inkişafdadır.

“Azərbaycan İsraildən müasir silahlar alır və Ceyhan limanı üzərindən İsrailə neft satır. Bu da İsrailin neftə olan tələbatının 30-40 faizini təşkil edir”.

Ekspertin fikrincə, tərəflər hazırda münasibətlərdə üçüncü istiqamət üzərində işləyir.

“Azərbaycan istəyir ki, İsrail şirkətləri azad edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərsin. İsrail dünyada kənd təsəsrrüfatı sahəsində modern ölkələrdən biridir. Bununla yanaşı, İsrail tərəfi Azərbaycan xarici işlər nazirnin bu ölkəyə səfərinin reallaşmasını istəyir. Artıq Azərbaycanın İsraildə səfirliyini açldı. Birinci mərhələdə gərək Azərbaycan xarici işlər naziri səfər etsin. Amma İsrail hökumətinin ən böyük arzusu nazirin səfərindən sonra Azərbaycan prezidentinin bu ölkəyə səfərinin rellaşdırılmasıdır”, ekspert bildirib.

XS
SM
MD
LG