Rusiya Xarici İşlər Nazirliyi dekabrın 5-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya işgüzar səfərinin gündıliyi ilə bağlı mətbuat üçün geniş məlumat yayıb.
Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rasim Musabəyov Rusiya-Azərbaycan danışıqlarından müsbət bir nəticə gözləmir.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhunn Bayramov və Sergey Lavrovun görüşü nəzərdə tutulub. Rusiya Bayramovun qarşıdakı səfərinə Rusiya-Azərbaycan konfidensial siyasi dialoqunun davam etdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi kontekstində baxır.
Rusiya Bayramovun qarşıdakı səfərinə Rusiya-Azərbaycan konfidensial siyasi dialoqunun davam etdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi kontekstində baxır.Rusiya Xarici İşlər Nazirliynin məlumatından sitat
"Görüşdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi, o cümlədən regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır. Azərbaycan Rusiyanın Cənubi Qafqazda və Xəzər regionunda mühüm tərəfdaşı və müttəfiqidir. Ölkələrimiz arasında münasibətlər dostluq və mehriban qonşuluq ənənələri ruhunda yüksələn xətlə inkişaf edir. Gündəlik birgə iş bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında qurulur" , məlumatda qeyd edilir.
Nazirlik bildirir ki, hazırkı anadək iki ölkə arasında 150-dən çox beynəlxalq hüquqi akt bağlanıb.
"İki ölkə arasında münasibətlərdə əlamətdar hadisə bu il fevralın 22-də Moskvada Rusiya ilə Azərbaycan arasında müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamənin ən yüksək səviyyədə imzalanmasıdır. Bu sənəd xarici siyasətin əlaqələndirilməsini və hərbi-siyasi əməkdaşlığın gücləndirilməsini, beynəlxalq terrorizmə qarşı mübarizədə qüvvələrin birləşdirilməsini, iqtisadi əməkdaşlığın qurulmasını və humanitar sahədə dialoqun genişləndirilməsini nəzərdə tutur".
Xəbərdə Rusiya ilə Azərbaycan yüksək rəsmiləri arasında aparılan çoxsaylı danaışıqlar, görüşlər, qarşılıqlı səfərlər sadalanır.
"Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadi əlaqələr möhkəmlənir. 2021-ci ilin sonunda ticarət dövriyyəsi 3,4 milyard ABŞ dolları (2020-ci ilə nisbətən 16,1 faiz artım), Rusiya ixracı 2,3 milyard ABŞ dolları (artım 12 faiz), idxal 1 milyard ABŞ dolları (artım 26,8 faiz) təşkil edib). Bu ilin yanvar-oktyabr ayları üçün ticarət dövriyyəsi 3 milyard dolları ötüb (keçən ilin müvafiq dövrü ilə müqayisədə artım 16 faiz olub).
Xarici Işlər Nazirliyi bildirir ki, hazırda Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır ki, onlardan 1000-dən çoxu federal büdcə hesabına təhsilini davam etdirir.
"Hər il Azərbaycan vətəndaşlarına 200-dən çox dövlət təqaüdü verilir. 2009-cu ildən Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı, 2015-ci ildən isə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı uğurla fəaliyyət göstərir. Müvafiq müqavilə-hüquqi baza sayəsində Rusiya diplomları Azərbaycanda, Azərbaycan diplomları isə Rusiyada tanınır. Azərbaycanda 340-a yaxın rus dilində tədris olunan məktəb, ali təhsil müəssisələrində rusdilli fakültələr fəaliyyət göstərir".
Xarici Işlər Nazirliyi bildirir ki, Rusiyanın xarici siyasət prioritetlərindən biri də 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, habelə 31 oktyabr 2022-ci il tarixli üçtərəfli sazişlərə uyğun olaraq Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına kömək etməkdir.
"Biz onların həyata keçirilməsini Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi, Bakı ilə İrəvan arasında etimadın və tam hüquqlu əməkdaşlığın bərpası üçün əsas şərt hesab edirik" , məlumatda qeyd edilir.
Nazirlik bildirir ki, Rusiya sülhməramlı kontingenti atəşkəs rejiminə riayət olunmasına nəzarət edir və məsuliyyət zonasında təhlükəsizliyin qorunmasına töhfə verir.
"Sülhməramlılar qaçqınların geri qayıtmasına, dinc həyatın bərqərar olmasına kömək edir, ərazilərin minalardan təmizlənməsinə, hərbi əsirlərin və məhbusların mübadiləsinə vasitəçilik edir. Rusiyanın səylərinin ən mühüm istiqaməti regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasıdır. Azərbaycan və Ermənistan tərəfdaşları ilə birlikdə Baş nazirin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupu çərçivəsində biz dəmir yolu və avtomobil əlaqələrinin yaradılmasına imkan verəcək və əlaqələrin bərpasını stimullaşdıracaq konkret infrastruktur layihələri paketinin razılaşdırılması üzərində işləyirik.
Biz Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasını alqışlayırıq. Delimitasiya prosesinin başlanması Azərbaycan və Ermənistan arasında sərhəd insidentlərinin dayandırılmasına töhfə vermək məqsədi daşıyır. Rusiya tərəflərin xahişi ilə bu sahədə lazımi məsləhətçi yardımı göstərəcək".
Rusiya Xarici Işlər Nazirliyi hesab edir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması münasibətlərin əsas prinsiplərinin möhkəmləndirilməsi, uzunmüddətli perspektivdə qarşılıqlı faydalı əməkdaşlığın əsaslarının qoyulması məqsədi daşıyır.
"Rusiya Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi maraqları naminə bu çətin, lakin son dərəcə vacib prosesə hər cür kömək edəcək. Humanitar sahədə təmaslar Bakı ilə İrəvan arasında etimadın möhkəmlənməsinə töhfə verir. Rusiya tərəfi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yönəlmiş vətəndaş cəmiyyəti, parlamentarilər və ekspert dairələri arasında qarşılıqlı fəaliyyəti dəstəkləməkdə davam edəcək" , məlumatda qeyd edilir.
Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rasim Musabəyov Amerikanın Səsinə müsahibəsində bildirib ki, Azərbaycan xarici işlər nazirinin Rusiya səfərindən bir nəticə gözləmir.
Mən inanmıram ki, Lavrovun dediyində Rusiyanın mövqeyində hansısa ciddi dəyişklik nəzərdə tutulsun. Ümumiyyətlə Rusiyanın Azərbaycanla bağlı münasibətlərində hansısa ciddi addım atması üçün əlverişli mühit yoxdurRasim Musabəyov, Milli Məclisin deputatı
"Ənənəvi olaraq Rusiya Cənubi Qafqazda proseslərin işərisindədir. Rusiya həm də Qarbağda mövcuddur. Rusiya sülhməramlıalrı Qarabağdadır, həm də üçtərəfli bəyanatı Rusiya da imzalayıb. Nəzərə alsaq ki, Makron məsələsi ortaya atıldığına görə danışıq formatı hər halda müvəqqəti olaraq dondurulub. İstisna etmirəm ki, Azərbaycan çalışacaq ki, Rusiya vasitəsi ilə erməni tərəfini hansısa bir çərçivəyə salsın".
Musabəyov, həmçinin Dağlıq Qarabağdakı Rusiya sülhməramlıların Azərbaycan ərazisində davranışı ilə bağlı Azərbaycanın konkret iradlarının olduğunu deyib.
O, iki ölkə arasında konfidensial müzakirələrlə bağlı Rusiya Xarici İşlər Nazirliyinin məlumatından danışarkən deyib ki, konfidensial danışıqlar xarici işlər naziləri səviyyəsində deyil, prezidentlər səviyyəsində aparılır.
"Son günlər Rusiya xarici işlər naziri Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması ilə bağlı bəzi müsbət bəyanatlar verir. İstisna etmirəm ki, Ceyhun Bayramov Moskvaya Lavrovun bəyanatlarının real olub-olmamsını nəzərdən keçrimək üçün göndərilir. Yəni Rusiyanın mövqeyində dəyişikliklər olub-olmaması diqqət mərkəzində olacaq. Mən inanmıram ki, Lavrovun dediyində Rusiyanın mövqeyində hansısa ciddi dəyişklik nəzərdə tutulsun. Ümumiyyətlə Rusiyanın Azərbaycanla bağlı münasibətlərində hansısa ciddi addım atması üçün əlverişli mühit yoxdur" , Musabəyov Amerikanın Səsinə deyib.