Accessibility links

ABŞ Dövlət katibi Azərbaycan və Ermənistanı növbəti danışıqları planlaşdırmağa çağırıb


İlham Əliyev və Antoni Blinken (Kollaj AZƏRTAC agentliynindir)
İlham Əliyev və Antoni Blinken (Kollaj AZƏRTAC agentliynindir)

Noyabrın 16-da ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə, noyabrın 15-də isə Ermənistan Baş naziri Nikol Paşinyana zəng edib.

Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, ABŞ Dövlət katibi bu il noyabrın 7-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə növbəti danışıqlarının keçirildiyini və ABŞ-ın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək əzmində olduğunu bir daha vurğulayıb.

“Prezident İlham Əliyev Dövlət katibi Antoni Blinkenin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini daim diqqətdə saxlamasının və ABŞ-ın bu istiqamətdə göstərdiyi səylərin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Bununla belə, dövlətimizin başçısı qeyd edib ki, bu istiqamətdə göstərilən səylərə və aparılan danışıqlara baxmayaraq, Ermənistan rəhbərliyi tərəfindən son günlərdə səsləndirilən ziddiyyətli bəyanatlar iki ölkə arasında münasibətlərin normallaşmasına və sülh gündəliyinin irəli aparılmasına mənfi təsir göstərir" , məlumatda qeyd edilir.

Mətbuat xidməti bildirir ki, telefon söhbəti zamanı Antoni Blinken Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün tarixi imkanın olduğunu qeyd edərək ABŞ-ın bu istiqamətdə səylərini davam etdirəcəyini bildirib.

Telefon danışığı əsnasında Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə növbəti görüşün keçirilməsi və etimad quruculuğu tədbirlərinə dair fikir mübadiləsi aparılıb.

ABŞ Dövlət Departameüntinin sözçüsü Ned Prays deyib ki, Dövlət katibi Antoni Blinken Ermənistan-Azərbaycan ikitərəfli sülh müzakirələrinin nəticələrini və növbəti addımları müzakirə etmək üçün noyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyevlə danışıb.

"Dövlət katibi ABŞ-ın sülh prosesini dəstəklədiyini vurğulayıb və hər iki tərəfi Vaşinqtonda razılaşdırıldığı kimi növbəti danışıqları planlaşdırmağa çağırıb. O, prezident Əliyevi sülhə yol açmaq üçün Ermənistanla etimad quruculuğu tədbirlərini araşdırarkən atəşkəs rejiminə əməl etməyə və təxribatların məhdudlaşdırılmasına çağırıb" , Prays qeyd edib.

ABŞ Dövlət katibi noyabrın 15-də isə Ermənistan Baş naziri Nikol Paşinyanla telefonla danışıb.

Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Dövlət katibi noyabrın 7-də keçirilən danışıqlardan sonra həm Ermənistanın, həm də Azərbaycanın ikitərəfli sülh müzakirələrini dəstəkləmək səylərini alqışlayıb.

"O, hər iki tərəfin danışıqlarda sürəti saxlamaq və təxribatlara yol verməməsinin vacibliyini vurğulayıb. O, həmçinin sülh prosesini dəstəkləmək üçün konkret nəticələr üzrə davamlı irəliləyişə çağırıb" , Prays qeyd edib.

XS
SM
MD
LG