Accessibility links

Vaşinqtonda ABŞ Dövlət Katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilir


VAŞİNQTON, ABŞ - Noyabrın 7-də Vaşinqtonda Prezident Qonaq Evi sayılan Blair House-da ABŞ Dövlət Katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilir.

Görüşün əvvəlində Blinken nazirləri və nümayəndə heyətlərini salamlayaraq, mətbuat qarşısında çıxış etdi. O, Nyu-Yorkda BMT-nin Baş Assambleyasında başladılan və daha sonra hər üç ölkənin nümayəndələri arasında gedən müzakirələri davam etdirmək üçün Vaşinqtonda olduqları üçün xarici işlər nazirlərinə təşəkkür etdi.

“Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqdir. Birbaşa dialoq həqiqi sülhə aparan ən yaxşı yoldur və ABŞ buna dəstək olmaqdan çox məmnundur. Birləşmiş Ştatlar həm Ermənistan, həm də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün güclü dəstəkçisidir,” Dövlət Katibi bildirdi.

30 il ərzində davam edən münaqişənin böyük maddi və mənəvi itkilərə, dərin yaralara səbəb olduğunu qeyd edən Blinken əlavə edib edib ki, indi hər iki ölkə keçmişi arxada qoyaraq möhkəm sülhə doğru cəsur addımlar atır:

“Hər iki ölkə sülh üçün, nəticədə Cənubi Qafqazın daha parlaq gələcəyi üçün çalışır.”

ABŞ Dövlət Katibinin nitqindən sonra görüş mətbuat üçün qapalı şəkildə davam edir.

XS
SM
MD
LG