Accessibility links

Fransa Senatı Azərbaycan haqda qətnamə qəbul etdi, rəsmi Bakı cavab verdi


Fransa Senatının binası (Mənbə Fransa Senatı)
Fransa Senatının binası (Mənbə Fransa Senatı)

Noyabrın 15-də Fransa Senatı Ermənistanı dəstəkləyən qətnamə qəbul edib və Azərbaycana sanksiyaların tətbiqini təklif edib. Azərbaycan qətnaməni rədd etdiyini bildirib, Ermənistan isə Senata təşəkkür edib.

Fransız senatorlar qəbul etdikləri qətnamədə Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılmasına və Fransa hökumətini Qarabağ ermənilərinin müstəqilliyini tanımağa çağırmışdır. Qətnamədə həmçinin Laçın dəhlizi statusunun qorunub saxlanmasına və bunun üçün təminatlar yaradılmasına çağırılır.

“Biz hökuməti, Avropa müttəfiqləri ilə birlikdə, Azərbaycanın yeni hücumlarına ən güclü və ən adekvat cavab vermək üçün vasitələri nəzədən keçirməyə çağırırıq," bildirən senatorlar bu ölüçlər arasında Azərbaycan liderlərinin əmlaklarının müsadirə olunması, Azərbaycan qazı və neftinin idxalına qadağa tətbiq edilməsini təklif edirlər.

Fransa Senatı həmçinin hökumətdən Dağlıq Qarabağda humanitar ofis açılmasını xahiş və bütün imkanlardan istifadə edərək Ermənistan müdafiə qabiliyyətlərinin gücləndiriməsinə yardım göstərməyə səsləyib.

Xarici İşlər Nazirliyi (Arxiv foto, mənbə VOA)
Xarici İşlər Nazirliyi (Arxiv foto, mənbə VOA)

Azərbaycan Xarici İşlər Nazirliyi bilidirib ki, Azərbaycan Fransa Senatı tərəfindən qəbul edilmiş qətnaməni rədd edir.

"15 noyabr 2022-ci il tarixində Fransa Senatında qəbul edilmiş "Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi" adlı qətnamə tamamilə həqiqətdən uzaqdır, yalan və iftira dolu müddəaları əks etdirir və açıq təxribat xarakteri daşımaqla Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirilməsinə xidmət edir," Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı şərhdə deyilir.

Nazirlik bildirib ki, Senat tərəfindən qəbul edilən və hüquqi qüvvəyə malik olmayan bu qətnamə, sülh prosesinə öz töhfəsini vermək niyyətini bəyan etmiş ölkə kimi Fransanın növbəti dəfə qərəzli və birtərəfli siyasi mövqeyini bariz şəkildə nümayiş etdirir. Rəsmi bakı Qarabağın Azərbaycan suveren ərazisi olduğunu vurğulamış və bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyini Azərbaycanın "daxili məsələsi" adlandırmışdır.

This image contains sensitive content which some people may find offensive or disturbing.
Alen Simonyannın twitter bloqu
Alen Simonyannın twitter bloqu

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Fransa Senatına Ermənistanı dəstəkləyən qətnamə və Azərbaycana qarşı sanksiyaların tətbiqi təklifini qəbul etdiyinə görə təşəkkür edib.

"Demokratiyanın beşiklərindən biri olan dost Fransanın Senatı Ermənistanı dəstəkləyən qətnamə və Azərbaycana qarşı sanksiyaların tətbiqi təklifini qəbul edib. Həmkarlarımıza ədalətə xidmət etdiklərinə görə təşəkkür edirik," Simonyan Twitter mikrobloqunda yazıb.

XS
SM
MD
LG