Accessibility links

“Şimal-Cənub” marşrutu ilə yük daşımaları iki dəfə artıb


Şimal-Cənub dəhlizi (Xəritə Azərbaycan Dəmir yolu Səhmdar Cəmiyyətinin rəsmi saytından götürülüb)
Şimal-Cənub dəhlizi (Xəritə Azərbaycan Dəmir yolu Səhmdar Cəmiyyətinin rəsmi saytından götürülüb)

“Şimal-Cənub” marşrutu ilə ötən ilin 10 ayı ərzində 3 milyon 785 min 434 ton yük daşınıbsa, bu ilin analoji dövründə 6 milyon 273 min 947 ton yük daşınıb. Daşımaların həcmi təxminən iki dəfə artıb və bu ilin sonuna qədər daha da artacaq”.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov yerli mediaya bildirib.

Onun fikrincə, Azərbaycan, İran və Rusiya arasında yüksək beynəlxalq tranzit potensialı var və onun tam istifadəsi ölkələr üçün yeni imkanlar açır.

O, beynəlxalq dəhliz boyunca təhlükəsizliyin tam təmin edildiyini deyib.

“Azərbaycan hökuməti həm sərhəddə, həm də ölkə ərazisində təhlükəsizliyin təşkili üçün bütün lazımi işləri görür. Səlahiyyətli dövlət qurumları gömrük xidməti ilə daim əlaqə saxlayır. Dövlət qurumları tərəfindən hərəkət qaydalarına, istər sanitariya normalarına, istərsə də təhlükəsizlik tədbirlərinə riayət edilir,” Rüstəmov qeyd edib.

2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında “Şimal-Cənub” nəqliyyat dəhlizinin təməli qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə - Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan Respublikası, Oman, Rusiya, Tacikistan, Türkiyə, Ukrayna Sazişi ratifikasiya edib .

XS
SM
MD
LG