Accessibility links

Bakıda Şimal-Cənub Dəhlizinin inkişafı üzrə Azərbaycan, Rusiya və İran görüşü olub


Bakıda Şimal-Cənub Dəhlizinin inkişafı üzrə Azərbaycan, Rusiya, İran görüşü olub
Bakıda Şimal-Cənub Dəhlizinin inkişafı üzrə Azərbaycan, Rusiya, İran görüşü olub

Sentyabrın 9-da Bakıda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə Azərbaycan, Rusiya, İran rəsmiləri arasında görüş keçirilib.

Görüşdə Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev, Rusiyanın baş nazirinin müavini Aleksandr Novak və İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi iştirak edib.

Şahin Mustafayev qeyd edib ki, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən Azərbaycan hazırda regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilib.

“Ölkə ərazisində müxtəlif dəhlizlər üzrə yükdaşımalarda artım müşahidə edilir. Cari ilin səkkiz ayında nəqliyyat dəhlizləri üzrə tranzit daşımaların həcmi 47 faizdən çox artıb,” o qeyd edib.

Mustafayev deyib ki, daşınma həcmlərinin artması ilə bağlı hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ikinci mərhələsinin layihələndirmə işləri aparılır.

“Limanının ikinci mərhələsi yekunlaşdıqdan sonra yükaşırma imkanları 25 milyon tona çatdırılacaq,” baş nazirin müavini qeyd edib.

This image contains sensitive content which some people may find offensive or disturbing.
Şimal-Cənub dəhlizi
Şimal-Cənub dəhlizi

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına dair Azərbaycan, Rusiya və İran rəsmiləri arasında keçirilmiş birinci üçtərəfli görüşün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb.

Bəyannaməyə əsasən, tərəflər dəhlizin potensialından tam istifadə etmək üçün infrastruktur və nəqliyyat imkanlarının qiymətləndirilməsi, eləcə də təhlili sahəsində əməkdaşlığa hazır olduqlarını bildiriblər və 2030-cu ilə qədər 3 ölkənin əraziləri arasında 30 milyon ton tranzit və ikitərəfli yüklərin təklif olunan hədəflərini nəzərə alırlar.

Qeyd olunur ki, tərəflər dəhlizin inkişafı kontekstində öz əraziləri vasitəsilə nəqliyyat və tranzit əməliyyatlarının və prosedurlarının asanlaşdırılması məsələləri ilə məşğul olmaq üçün Birgə İşçi Qrupunun yaradılmasının əhəmiyyətini və bir ay ərzində ilk iclası keçirmək niyyətində olduqlarını vurğulayıblar.

Bundan başqa, tərəflər bir ay ərzində Rəşt-Astara dəmir yolu layihəsi üzrə saziş layihəsini hazırlamaq və 2022-ci ilin sonunadək danışıqlara başlamaq niyyətində olduqlarını bildiriblər.

Həmçinin tərəflər regionda bütün iqtisadi və nəqliyyat əlaqələrini yeni nəqliyyat kommunikasiyalarının yaradılması yolu ilə blokadadan çıxarmağa çalışır.

Bəyannamədə İranın Çanahar limanının dəhlizə inteqrasiyası alqışlanıb.

XS
SM
MD
LG