Accessibility links

Rüfət Bayramov: Bu il Avropa-Qafqaz-Asiya dəhlizi ilə Çin-Avropa marşrutu üzrə 70 blok qatar göndərilib


Rufet Bayramov
Rufet Bayramov

Bu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 24 253,5 min ton, yük dövriyyəsi isə 6005,6 milyon ton-km olub, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 19,3 faiz və 25,6 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsinin avqustun 9-da yaydığı məlumata görə, yüklərin 13 079,6 min tonu və ya 53,9 faizi avtomobil nəqliyyatı, 7 914,2 min tonu və ya 32,6 faizi dəmir yolu nəqliyyatı, 3 259,7 min tonu və ya 13,5 faizi dəniz nəqliyyatı ilə daşınıb.

“Dəhliz vasitəsilə daşınmış yüklərin 27,3 faizini və ya 6 621,5 min tonunu tranzit yüklər təşkil edib,” məlumatda qeyd edilir.

TRACECA - Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov Amerikanın Səsinə müsahibəsində bildirib ki, Azərbaycan tərəfindən nəqliyyat dəhlizi üzrə həm ağır, həm də yumşaq prosedurların təkmilləşdirilməsi başlayıb.

Rüfət Bayramov: Bu il Avropa-Qafqaz-Asiya dəhlizi ilə Çin-Avropa marşrutu üzrə 70 blok qatar göndərilib
please wait

No media source currently available

0:00 0:04:39 0:00

“Belə ki, prosedurların həyata keçirilməsi üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında operativ qərargah yaradılıb. Qərargah həm də tranzit məsələlərinin, yəni yüklərin Azərbaycana daxil olması, sərhəd-keçid məntəqələrindən keçirilməsinin monitorinqini aparır. Bu işlərin əsas məqsədi odur ki, yüklərin sərhəd-keçid mənətəqlərindən daha tez keçirilməsi üçün müvafiq prosedurlar aparılsın,” o qeyd edib.

Rüfət Bayramovun sözlərinə görə, şimal marşrutları üzrə bir çox yüklərin daşınması artıq şərq-qərb maşrutuna, yəni Avropa-Qafqaz-Asiya dəhliznin üzərinə keçib.

“Bizim dəhliz ilə həm avtomobil, həm də dəmir yolu nəqliyyatı üzrə yük daşımaları artıb. Dəmir yolu ilə Çin-Avropa daşımalarında ən çox konteyner daşımalarında artım var. Təkcə bu il Çin-Avropa marşrutu üzrə 70 blok qatar göndərilib. Bu da tarixi göstəricidir. Biz gözləyirik ki, yaxın zamanda bu artım 100-150 min konteynerə qədər yüksələcək. 2030-cü ilədək artımın 300 min konteynerədər olacağını gözləyirik.”

Rüfət Bayramovun sözlərinə görə, hazırda nəqliyyat dəhlizi boyunca yerləşən Çin-Qazaxıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə ölkələrinin gömrük və sərhəd-keçid məntəqələrində uyğunlaşma işləri davam etdirilir.

“Amma nəzərə almaq lazımdır ki, TRACECA ölkələrinin hüquq sistemi fərqlidir. Məsələn, Mərkəzi Asiya ölkələri Avrasiya İqtisadi Birliyinin Gömrük İttifaqına daxildir. Azərbaycan, Gürcüstan, Türkiyə isə Avropa ölkələrində tətbiq olunan NSTS sisteminə (Ortaq Tranzit Rejimi) qoşulub. Eyni zamanda,müəyyən tədqiqatlar apararaq tövsiyələr veririk. Məsələn, sərhədlərdə elektron sıraların yaradılmasını təklif etmişik. Azərbaycan artıq sərhədlərində bunun tətbiqinə başlayıb. Azərbaycan həm də kağız sənədlərin dövriyyəsindən elektron sənədlərin dövriyəsinə keçib,” o qeyd edib.

Mövzuya uyğun

XS
SM
MD
LG