Accessibility links

İranın energetika naziri Bakıda səfərdədir - ekspertlə müsahibə


İranın energetika naziri Əli Əkbər Mehrabian Bakıda səfərdədir.

İRNA agentliynin məlumatına görə, Əli Əkbər Mehrabianın səfəri zamanı iki ölkənin enerji sahəsində əməkdaşlığının inkişaf etdirilməsi yolları nəzərdən keçiriləcək.

Həmçinin Bakı səfəri zamanı əməkdaşlığa dair mühüm sənədlərin imzalanması nəzərdə tutulur.

Nazir səfərdən əvvəl jurnalistlərə bildirib ki, İran hökumətinin siyasəti qonşu ölkələrlə, xüsusilə Azərbaycanla əlaqələri hərtərəfli inkişaf etdirməkdir. Bu siyasətin təmini istiqamətdə iki ölkənin prezidentləri müxtəlif görüşlər keçirib.

Mehrabian qeyd edib ki, İranla Azərbaycan arasında su və elektrik enerjisi sahəsində geniş əməkdaşlıq mövcuddur.

"Elektrik enerjisi sahəsində İran, Azərbaycan və Rusiya şəbəkələrinin sinxronlaşdırılması layihəsi mövcuddur. Səfər zamanı bu layihə haqqında müzakirələr aparılacaq. Su sahəsində də iki ölkənin müştərək layihələri mövcuddur. "Qız Qalası" və "Xudafərin" bəndləri üzərində elektrik stansiyasının işə salınması məsələsi də müzakirə edilir. Bu stansiyaların işə salınması ilə iki ölkə müştərək elektrik enerjisi istehsal edəcək" , o qeyd edib.

Xatırladaq ki, İranın enerji nazirinin Bakıya səfəri Azərbaycan xarici işlər nazir Ceyhun Bayramovun İrana səfərindən bir gün sonraya təsadüf edir.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bildirib ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq Azərbaycanın müstəqillik illərinin başlanğıcına təsadüf edir.

İlham Şaban: Azərbaycan və İran energetika sahəsində əməkdaşlığı inklişaf etdirir
please wait

No media source currently available

0:00 0:03:44 0:00

"Belə ki, əvvəllər SSRİ ilə İran arasında olan enerji mübadiləsi ilə bağlı əməkdaşlıq, sonradan Azərbaycanla İran arasında həyata keçirilib. 1996-cı ildən energetikanın qaz sahəsində iki ölkə arasında əməkdaşlıq başlayıbn. İran 10 faiz payla Şahdəniz müqaviləsinə qoşulub və bu günədək həmin müqavilənin işrirakçısıdır. 2011-ci ildən İran qərbin sanksiyaları altında olmasına baxmayaraq, Azərbaycan bu layihədə İranın iştirakı ilə problem yaşanmaması üçün həmişə çalışıb".

Ekspertin dediyinə görə, Azərbaycan-İran enerji əməkdaşlığının ikinci mərhələsi 2005-ci il noyabrın 28-dən başlayır.

"Bu zaman Azərbaycanla İran svop əsasında Naxçıvan Muxtar Respublikasının qazla təchizatını həyata keçirib. Həmin layihə bu gün də qüvvədədir və daha da genişləndirilir".

İlham Şaban deyib ki, İranla-Azərbaycan arasında enerji sahəsində əməkdaşlıqda bu il də inkişaf qeydə alınıb.

"Bu, Zəngəzur dəhlizi ilə bağlı əməkdaşlığı əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi İran ərazisindən Naxçıvana keçəcək dəhliz yalnız avtomobil, dəmiryolu yollarınının tikintisini deyil, həmçinin yüksək gərginlikli elektrik xətlərinin və qaz boru kəmərinin çəkilməsini nəzərdə tutur" , o qeyd edib.

Ekspertin firkincə, iki ölkə arasında enerji əməkdaşlığı bir neçə ildən sonra yeni bir səviyyəyə yüksələcək.

"Araz çayı üzərində tikilmiş və hökumətlərarası sazişə görə 2024-cü ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulan Xudafərin və Qiz-qalası elektrik stansiyalarıdır ki, bu stansiyalarda 280 meqovat elektrik enerjisi istehsal ediləcək. İstehsal edilən elektrik enerjisi isə iki ölkə arasında bərabər miqdarda, yəni 140-140 meqovat olmaqla bölünəcək".

Elektrik enerjisi sahəsində İran, Azərbaycan və Rusiya şəbəkələrinin sinxronlaşdırılması layihəsinə gəlincə, İlham Şaban deyib ki, bu layihə ilə bağlı məsələ 2006-cı ildən başlayaraq hökumətlərarası komissiyaların iclasında mütəmadi olaraq müzakirəyə çıxarılır.

"Azərbaycanla İran arasında indiyədək iki yüksək gərginlikli xətt inşa edilib. Problem Rusiya ilə Azərbaycan arasında olan yüksək gərginlikli elektrik xətlərinin yenilənməsidir ki, Rusiya hər dəfə bunu deyir, amma yenilənmə işlərini yubadır", ekspert bildirib.

XS
SM
MD
LG