Accessibility links

 
Azərbaycan, İran və Rusiya gömrük tranzit daşımaların asanlaşdırılmasına dair memorandum imzalanıb

Azərbaycan, İran və Rusiya gömrük tranzit daşımaların asanlaşdırılmasına dair memorandum imzalanıb


Tehranda Azərbaycan, İran və Rusiya gömrük xidmətlərinin üçtərəfli görüşü keçirilib.( Foto: Azərbaycanın İrandakı səfirliyinə məxsusdur)
Tehranda Azərbaycan, İran və Rusiya gömrük xidmətlərinin üçtərəfli görüşü keçirilib.( Foto: Azərbaycanın İrandakı səfirliyinə məxsusdur)

Tehranda Azərbaycan, İran və Rusiya gömrük xidmətlərinin üçtərəfli görüşü keçirilib.

Azərbaycanın İrandakı səfirliyinin məlumatına görə, görüşdə Azərbaycan Dövlət Gömrük Komitəsinin rəhbəri Şahin Bağırov, İran Gömrük İdarəsinin rəhbəri Əlirza Müqəddəsi və Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin iştirak ediblər.

Danışıqların yekunlarına əsasən yüklərin tranzitinin asanlaşdırılması üzrə qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Bu istiqamətdə işlərin koordinasiysı üçün üç tərəfin nümayəndələrinin iştirakı ilə komitənin yaradılması nəzərdə tutulur.

Əldə edilmiş razılaşma beynəlxalq ticarət-təchizat zəncirinin davamlılığının təmin edilməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin genişləndirilməsi, İran-Azərbaycan-Rusiya marşrutu üzrə sərhəd- keçid məntəqələrində gömrük əməliyyatlarının sadələşdirilməsi üçün əlavə imkanlar yaradacaq.

Görüş zamanı qeyd olunub ki, Azərbaycanın azad edilmiş ərazilərində yeni yaradılan yollar və logistika mərkəzləri ölkənin tranzit imkanlarının artmasına təkan verəcək.

Memoranduma əsasən, tərəflər gömrük prosedurlarının asanlaşdırılması üçün elektron informasiya mübadiləsi sistemini daha aktiv tətbiq etməyi planlaşdırırlar.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG