Accessibility links

Baş nazir: Azərbaycanın Xəzəryanı dövlətlərlə ticarət dövriyyəsi 45 faiz artıb


Əli Əsədov (Rəsmi foto)
Əli Əsədov (Rəsmi foto)

Azərbaycan Xəzəryanı ölkələrin ticari-iqtisadi əməkdaşlığının gücləndirilməsinin tərəfdarıdır.

Bu barədə Azərbaycanın baş naziri Əli Əsədov oktyabrın 6-da Moskvada İkinci Xəzər İqtisadi Forumunun plenar iclasında çıxışında bildirib.

Onun sözlərinə görə, 2022-ci ilin 8 ayı ərzində Azərbaycanın Xəzəryanı dövlətlərlə ticarət dövriyyəsi ötən illə müqayisədə 45 faiz artıb.

Əsədov Azərbaycanın Xəzər hövzəsindən keçən "Şərq-Qərb" və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizlərinin həyata keçirilməsinə və inkişafına böyük töhfə verdiyini qeyd edib.

Cari ilin 8 ayı ərzindən Azərbaycandan "Şərq-Qərb" dəhlizi ilə tranzit yük daşımaları 20 faiz, "Şimal-Cənub" dəhlizi ilə tranzit yük daşımaları isə 33 faiz artıb.

Azərbaycan Bakı Beynəlxalq Ticarət Limanının yükkeçirmə qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması üzərində işləyir.

Sentyabrın 9-da Bakıda Azərbaycan, Rusiya və İran arasında "Şimal-Cənub" dəhlizi ilə bağlı ilk üçtərəfli görüş keçirilib. Tərəflər 2030-cu ilə qədər Şimal-Cənub dəhlizi ilə tranzit səviyyəsinin ildə 15 milyon tona çatdırılması üzərində işləməyə hazır olduqlarını bildiriblər.

Əsədov qonşu ölkələrə Azərbaycanın mülki yük donanmasının imkanlarından istifadə etməyi təklif edib. Bundan başqa, Xəzəryanı ölkələr Bakı Gəmiqayırma Zavodunun imkanlarından yararlana bilər.

XS
SM
MD
LG