Accessibility links

İran hərbi gəmiləri “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Bakı limanına gəlib


İran və Azərbaycan hərbi dənizçiləri (Foto Azərbaycan Müdafiə Nazirliyinindir)
İran və Azərbaycan hərbi dənizçiləri (Foto Azərbaycan Müdafiə Nazirliyinindir)

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri avqustun 7-də Bakıya gəlib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, yarışlarda Azərbaycan, Rusiya, Qazaxıstan və İran nümayəndə heyətləri iştirak edir.

Azərbaycan 2015-ci ildən başlayaraq “Beynəlxalq Ordu Oyunları”nda iştirak edir.

“Beynəlxalq Ordu Oyunları” yarışları çərçivəsində keçirilən “Dəniz Kuboku” müsabiqəsində əsasən Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbçiləri iştirak edir. Müsabiqə növbə ilə iştirakçı dövlətlərin dəniz akvatoriyasında keçirilir.

2021-ci ildə “Dəniz Kuboku” müsabiqəsi Iranda keçirilib.

XS
SM
MD
LG