Accessibility links

Ekspert: Azərbaycanın iqtisadi bağlantıları Avrasiya İqtisadi Birliyi yox, Qərb ölkələridir


Natiq Cəfərli (Arxiv foto, mənbə VOA)
Natiq Cəfərli (Arxiv foto, mənbə VOA)

Oktyabrın 27-də Bakıda "Avrasiya yeni geosiyasi və sosial-iqtisadi nizama doğru yolda: yeni insan yönümlü iqtisadiyyata keçid" mövzusunda ikigünlük XV Verona Avrasiya İqtisadi Forumu işinə başlayıb.

Forumda qlobal enerji çağırışları və Avropanın enerji təhlükəsizliyi məsələləri, qlobal geosiyasətdə biznesin rolu, o cümlədən Atlantik okeanından Sakit okeana qədər məkanda iqtisadi əməkdaşlığın perspektivləri müzakirə edilir.

15-ci Verona Avrasiya İqtisadi Forumu Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi, "Avrasiyanı tanı" qeyri-kommersiya assosiasiyası və Roskonqres Fondunun təşkilatçılığı ilə keçirilir.

Bundan əlavə, forum çərçivəsində Azərbaycana həsr olunmuş xüsusi sessiya keçiriləcək və burada ekspertlər ölkənin və onun artan iqtisadiyyatının perspektivlərini və imkanlarını müzakirə edəcəklər.

Forumda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk, Rusiya iqtisadiyyat naziri Maksim Reşetnikov, "Rosneft" Direktorlar Şurasının sədri İqor Seçin, eləcə də bir sıra digər yüksək vəzifəli şəxslər iştirak edir.

XV Verona Avrasiya İqtisadi Forumunun məqsədi Avrasiyada biznes dialoqunu təşviq etməkdir.

"Azərbaycanın paytaxtı ona görə seçilib ki, coğrafi baxımdan Avrasiya məkanının Atlantik və Sakit okean arasında yerləşən mərkəzi hissəsində, Avropa və Asiyanın sərhədində yerləşir, tarixən ticarət yollarının kəsişdiyi yerdir. Sürətlə dəyişən dünyada, bu məkan bütün planetin təhlükəsizliyini və rifahını təmin etmək üçün xüsusi əhəmiyyət kəsb edir" - deyə, "Avrasiyanı tanı" Assosiasiyasının prezidenti Antonio Falliko qeyd edib.

Avrasiya İqtisadi Birliyi 2014-cü il mayın 29-da təsis edilib. Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan birliyin üzvüdür.

Iqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, enerji sektorunun Azərbaycan iqtisadiyyatının lokomotivi olduğunu nəzərə alsaq, son 30 ildə iqtisadi və ticarət münasibətləri daha çox qərb ölkələri, ABŞ, İsarillə Türkiyə üzərindən inkişaf edib.

Natiq Cəfərli: Azərbaycanın iqtisadi bağlantıları Avrasiya İqtisadi Birliyi yox, Qərb ölkələridir
please wait

No media source currently available

0:00 0:03:04 0:00

"Məsələn, bu ilin doqquz ayı ərznədə Azərbaycanın MDB ölkələri ilə ixracatı 1.3 milyard dollardır, Avropa İttifaqına daxil olan ölkələrə isə 19 milrad dollardan çox ixracat olub. Bundan başqa Azərbaycan İsrail və Böyük Britaniyaya ixrcatı 3 milyard dollar təşkil edib. Türkiyə və İstraili də nəzrə alsaq Azərbaycan Qərb ölkələrinə təxminən 22 milyard dollar həcmində mal ixrac edib. Bu baxımdan Azərbaycanın iqtisadi və investisiya bağlantıları daha çox Qərb ölkələrilədir" , o qeyd edib.

Ekspert hesab edir ki, Azərbaycanın Rusiyanın başçılıq etdiyi MDB ölkələrinin Avrasiya İqtisadi Birliyində və gömrük ittifaqında iştirakı iqtisadi baxımdan da məntiqli görünmür.

"Azərbaycanın bu təşkilatlarda təmsil olunması mümkün də deyil. Çünki ən azı həmin təşkilatlarda Ermənistan da təmsil olunur. Bu iki ölkə arasında sülh müqaviləsi olmadıqca hər hansı ikitərəli əlaqələrin olması və Ermənistanın veto hüququ olan təşkilata qəbulu texniki və siyasi olaraq da mümkün deyil".

Bununla yanaşı Cəfərlinin fikrincə, Azərbaycanın Rusiya ilə ənənəvi ticarət əlaqələri var və Orta Asiya ölkələri ilə, o cümlədən Qazaxıstanla, Özbəkistanla, Qırğızıstanla ikitərəfli əlaqələri getdikcə genişlənir.

"Onu da nəzərə alsaq ki, Azərbaycan şərq-qərb, şimal-cənub dəhlizlərinin, logistik marşrutların mərkəzində yerləşir. Bu mənda həmin təşkilata üzv dövlərlərlə ikitərəfli, üçtərəfli əalqələrin genişləndirilməsi lazımdır. Qazaxıstanla bu barədə geniş müqavilələr də bağlanılıb. Çünki Xəzərin hər iki tərəfində, həm Azərbaycanda, həm də Qazaxıstanda yeni infrastrukturun qurulması tranzit yükdaşımaları xeyli dərəcədə artıra bilər və bu mümküdür. Sadəcə Azərbaycan xaba (nəqliyyat qovşağına-red) çevrilmək istəyirsə, həm Avrasiya İqitisadi Birliyinə, həm də gömrük ittifaqına üzv dövlətlərlə də əlaqələri genişləndirmək istəyirsə, yaşıl koodridorlar prinsipinə əməl etməlidir, gömrük və tranzit-keçid tariflərini cəlbedici etməlidir. Bu da Azərbaycanın bu formatlarda təmsil olunan ölkələrlə əlaqələrinin genişlənməsinə səbəb ola bilər. Amma Azərbaycanın yaxın illərdə bu iki təşkilatda üzv olacağını düşünmürəm və buna ehtiyac, hansısa zəurərt yoxdur" , ekspert belə düşünür.

XS
SM
MD
LG