REAL Vətəndaş Hərəkatının Məclisinin sədri Erkin Qədirli Amerikanın Səsinə müsahibəsində Azərbaycanın Avropa Birliyinə inteqrasiyası, Avrasiya Birliyi, Gömrük İttifaqı və NATO məsələləri ilə bağlı danışıb.
Müsahibədən seçmələr:
- Rusiyanın nə təklif etdiyi hələ məlum deyil. Gömrük İttifaqına üzvlük hansı şərtlər daxilində olacaq, üzvlərə hansı şərtlər irəli sürülür, üzvlər nə qazanacaq, bunlar məlum deyil.
- Azərbaycan üçün Avrasiya Birliyinə, Gömrük İttifaqına girmək heç nə vəd etmir. Əksinə problemlər arta bilər.
- Azərbaycana üstünlük qazandıracaq format Avropa Birliyidir. Orada istər təhlükəsizlik, istər iqtisadi, istər demokratiya və insan haqları, ideya mübadiləsi baxımından oturuşmuş təcrübələr, dəyərlər və mənafelər var. Azərbaycan Avropa İttifaqına getməlidir. Çünki orada aydın oyun qaydaları var.
- Azərbaycanın Avropaya inteqrasiyası daxili proseslərlə bağlıdır. İqtidar ölkənin daxili siyasi səhnəsini qapadıb. İqtisadiyyat və onunla bağlı bütün fürsətlər inhisara alınıb.
- Biz Dünya Ticarət Təşkilatına üzv olmamışıq. Bizim qonşular, Gürcüstan və Ermənistan çoxdan üzvdür, Rusiya yaxınlarda üzv oldu. Dünya Ticarət Təşkilatına üzv olmadan Avropa Birliyinə iqtisadi inteqrasiya mümkün deyil.
- Bu gün sadələşdirilmiş viza sazişinin imzalanması məsələsi var. Bunun bir sıra öhdəlikləri olsa da gediş-gəlişi asanlaşdıracaq.
- Azərbaycan dövləti öz ticarətini artıq Avropa ilə qurub. Biz Rusiyaya neft-qaz ixrac edəsi deyilik. Rusiyanın buna ehtiyacı da yoxdur.
- Rusiya Azərbaycan ərazilərinin işğalında daim Ermənistana siyasi, hərbi, kəşfiyyat dəstəyi verib. Bunlar Azərbaycana təzyiq etmək üçün edilir. Çünki Azərbaycan Ermənistandan fərqli olaraq daim müstəqil olmağa çalışır. Ermənistan daha çox Qarabağı, biz daha çox müstəqilliyimiz istəmişik. Nəticədə Ermənistan Qarabağı ələ keçirib müstəqilliyini itirib, biz müstəqilliyimiz almışıq, amma Qarabağa nəzarətimizi itirmişik. Rusiya işğalı saxlamaqla istəkləri idarə etməyə çalışır. Azərbaycan Rusiyadan istifadə etməklə o halda Qarabağı qaytara bilər ki, müstəqilliyini itirsin.
- Rusiyaya alternativ NATO-dur. NATO ilə əlaqələrin başqa tərəfləri var ki, bunlar hamısı siyasi sistemlə bağlıdır. O da daxildəki problemlərlə əlaqəli olduğu üçün Azərbaycanın indiki iqtidarı bu inteqrasiyada həvəsli görünmür.
Müsahibədən seçmələr:
- Rusiyanın nə təklif etdiyi hələ məlum deyil. Gömrük İttifaqına üzvlük hansı şərtlər daxilində olacaq, üzvlərə hansı şərtlər irəli sürülür, üzvlər nə qazanacaq, bunlar məlum deyil.
- Azərbaycan üçün Avrasiya Birliyinə, Gömrük İttifaqına girmək heç nə vəd etmir. Əksinə problemlər arta bilər.
Azərbaycan Avropa İttifaqına getməlidir. Çünki orada aydın oyun qaydaları var.
- Azərbaycanın Avropaya inteqrasiyası daxili proseslərlə bağlıdır. İqtidar ölkənin daxili siyasi səhnəsini qapadıb. İqtisadiyyat və onunla bağlı bütün fürsətlər inhisara alınıb.
- Biz Dünya Ticarət Təşkilatına üzv olmamışıq. Bizim qonşular, Gürcüstan və Ermənistan çoxdan üzvdür, Rusiya yaxınlarda üzv oldu. Dünya Ticarət Təşkilatına üzv olmadan Avropa Birliyinə iqtisadi inteqrasiya mümkün deyil.
- Bu gün sadələşdirilmiş viza sazişinin imzalanması məsələsi var. Bunun bir sıra öhdəlikləri olsa da gediş-gəlişi asanlaşdıracaq.
- Azərbaycan dövləti öz ticarətini artıq Avropa ilə qurub. Biz Rusiyaya neft-qaz ixrac edəsi deyilik. Rusiyanın buna ehtiyacı da yoxdur.
Nəticədə Ermənistan Qarabağı ələ keçirib müstəqilliyini itirib, biz müstəqilliyimiz almışıq, amma Qarabağa nəzarətimizi itirmişik.