Accessibility links

Vətəndaş cəmiyyəti hökuməti Avropaya inteqrasiyanı sürətləndirməyə çağırıb


“Azərbaycan yolayrıcında: Şərq Tərəfdaşlığı, yoxsa Gömrük İttifaqı” mövzusunda dəyirmi masa
“Azərbaycan yolayrıcında: Şərq Tərəfdaşlığı, yoxsa Gömrük İttifaqı” mövzusunda dəyirmi masa

“Azərbaycan yolayrıcında: Şərq Tərəfdaşlığı, yoxsa Gömrük İttifaqı” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan vətəndaş cəmiyyəti hökuməti Avropaya inteqrasiyanı sürətləndirməyə çağırıb. İctimaiyyət təhlükəsizlik, azad bazar, biznes, iqtisadi yüksəlişlə bağlı öz seçimini edib. Bu Avropaya inteqrasiya yoludur.

Noyabrın 6-da Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı üzrə Vətəndaş Cəmiyyəti Forumunun (VCF) Azərbaycan üzrə Platforması Almaniyanın Marşal Fondunun dəstəyi ilə “Azərbaycan yolayrıcında: Şərq Tərəfdaşlığı, yoxsa Gömrük İttifaqı” mövzusunda keçirdiyi dəyirmi masanın əsas leytmotivi belə olub.

Vətəndaş Cəmiyyəti təmsilçilərinin, diplomatik missiyaların, ekspertlərin iştirak etdiyi dəyirmi masada Azərbaycanın Rusiyanın təşəbbüsçüsü olduğu Avrasiya və Gömrük İttifaqının region ölkələrinin müstəqilliyinə qarşı yönəldiyi bildirilib.

İki seçimi var, Avropa İttifaqı və ya Gömrük İttifaqı. Avropaya inteqrasiya Azərbaycanın gələcəyi, Gömrük İttifaqı isə keçmişidir.
“Milli Platforma Azərbaycanın 51 qeyri hökumət təşkilatını birləşdirir. Biz Azərbaycanın Avrasiya və Gömrük İttifaqına meyllənməsinə narahatlığımızı bildirmək üçün toplaşmışıq. İki seçimi var, Avropa İttifaqı və ya Gömrük İttifaqı. Avropaya inteqrasiya Azərbaycanın gələcəyi, Gömrük İttifaqı isə keçmişidir” deyə Milli Platformanın əlaqələndiricisi Qubad İbadoğlu qeyd edib.

Ekspertlər Azərbaycanın Gömrük İttifaqına qoşulmasının ölkənin siyasi, iqtisadi müstəqilliyi və təhlükəsizliyi üçün təhdid olduğunu diqqətə çatdırıb.

“Azərbaycanın Gömrük İttifaqına meyllənməsi təəssüf doğurur. Gömrük İttifaqına daxil olan dövlətlərin hamısı qeyri-demokratik idarəetməyə malikdir və bu üzvlük hakimiyyətlərə daxili təhlükələrdən irəli gəlir. Azərbaycanın da bu ittifaqa meyllənməsi son illərdə siyasi mühitin daraldılması, QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması, azad medianın susdurulması, beynəlxalq standartlara uyğun seçkilərin keçirilməməsinin nəticəsidir. Azərbaycan iqtidarı ölkənin təhlükəsizliyi deyəndə hakimiyyətinin təhlükəsizliyini nəzərdə tutur”, REAL Hərəkatının Məclisinin sədri Erkin Qədirli qeyd edib.

Azərbaycan iqtidarı ölkənin təhlükəsizliyi deyəndə hakimiyyətinin təhlükəsizliyini nəzərdə tutur.
Eyni zamanda ekspertlər Azərbaycanın Gömrük İttifaqına meyllənməsinin onun özü üçün də böyük təhlükə mənbəyi olduğunu düşünür. Rusiyanın dəvət etdiyi formatda prinsiplər, şərtlər yoxdur. Azərbaycanın strategiyasında da strateji xətt, hədəflər görünmür.

“Hakimiyyətin məqsədi milli təhlükəsizlik deyil, öz hakimiyyətinin təhlükəsizliyini qorumaqdır. Hakimiyyətin isə əsas situnu gömrükdür. Gömrük vasitəsi ilə iqtisadiyyat idarə edilir, monopoliyalar yaradılır, oliqarxlar əldə saxlanılır. Azərbaycan hakimiyyəti gömrük müstəqilliyini əlindən verməz”, Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu qeyd edib.

Politoloq bu mənada Azərbaycanın balanslı siyasətini davam etdirəcəyinə inanır. Onun fikrincə, Rusiya ilə yaxınlaşma da görünmür. “Bu yaxınlaşma olsa idi miqrantlara qarşı siyasət dərinləşməkdə davam etməzdi. Amma Avropa ilə yaxınlaşma da hiss edilmir”, o deyib.

Azərbaycan hakimiyyəti gömrük müstəqilliyini əlindən verməz.
Çıxışlarda Avropa İttifaqı ilə viza sadələşdirilməsi ilə bağlı Sazişin imzalanacağı ehtimalının olduğu diqqətə çatdırılıb.

İqtisadçı ekspertlər Azərbaycanın azad bazarlara can atmadığını deyib. Azad bazara can atmaq üçün ilk öncə Dünya Ticarət Təşkilatına qoşulmaq tələb olunur, Azərbaycan isə bu istiqamətdə danışıqları müxtəlif bəhanələrlə uzatmaqda davam edir. “Ticarət azadlığı indeksinə görə, Gürcüstan 6-cı, Ukrayna 48-ci, Qazaxıstan 78-ci, Rusiya 83-cü, Azərbaycan 85-ci yerdə qərarlaşıb. Ölkənin ixracatının 92 faizi neft və neft məhsullarıdır. İxracın cəmi 25 faizi MDB ölkələri ilədir. Azərbaycan iqtisadi, texnoloji inkişafını istəyirsə, qeyri-sabit MDB bazarlarına deyil, sabit Avropa bazarına can atmalıdır”, Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayıl bildirib.

Ticarət azadlığı indeksinə görə, Gürcüstan 6-cı, Ukrayna 48-ci, Qazaxıstan 78-ci, Rusiya 83-cü, Azərbaycan 85-ci yerdə qərarlaşıb..
Ekspertlər həmçinin Azərbaycan iqtidarını Avropanın enerji təchizatında mühüm rolu barədə illüziyalardan əl çəkib reallıqları qiymətləndirməyə dəvət edib. Azərbaycanın enerji sahəsində bütün uğurları müstəqilliklə bağlıdır. Ölkənin valyuta ehtiyatları 50 milyard dollara çatıb, 60 milyard dollar isə xərclənir. Müstəqillik dövründə ölkə 110 milyard dollar qazanıb.

“Avropa enerji bazarında 2030-cu ildə 430 milyard kub metr qaza ehtiyac olacaq. Azərbaycan isə ciddi investisiyalar cəlb edilərsə, təhlükəsizlik təminatı olarsa 2030-cu ildə Avropa bazarına 30 milyard kub metr qaz çıxaracaq. Göründüyü kimi bu həcm Avropanın enerji təchizatında elə də böyük faiz deyil. Azərbaycan Avropanın enerji
Avropa enerji bazarında 2030-cu ildə 430 milyard kub metr qaza ehtiyac olacaq. Azərbaycan isə ciddi investisiyalar cəlb edilərsə, təhlükəsizlik təminatı olarsa 2030-cu ildə Avropa bazarına 30 milyard kub metr qaz çıxaracaq.
təchizatında rolu ilə bağlı illüziyalardan əl çəkib real rəqabət durumunu qiymətləndirməlidir”, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov bildirib.

O həmçinin Amerikanın şist qazları sahəsində uğurlarını və gələcəkdə Avropa bazarına maye-qaz ixrac potensialının nəzərə alınmasını da diqqətə çatdırıb.

Azərbaycan Gömrük İttifaqına qoşulduğu təqdirdə ölkənin ixrac və idxal məhsulları Rusiyanın Avropa ilə sərhədlərində gömrükdən keçəcəkmi?, Bağırov sual edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG