Accessibility links

Azərbaycanda dörd mülki şəxs minaya düşüb


Mina təhlükəsi ilə bağlı reklam lövhəsi (Arxiv foto)
Mina təhlükəsi ilə bağlı reklam lövhəsi (Arxiv foto)

Sentyabrın 30-da Azərbaycanın Füzuli (Bakıdan 310 kilometr cənub-qərb və Tərtər (Bakıdan 332 kilometr qərb) rayonlarında 4 nəfər mülki şəxs minaya düşüb.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Füzuli rayonunun Yuxarı Dilağarda kəndində minaya düşən Amid Əsədov və Çərkəz Quluzadə həlak olub, Tərtər rayonunun Qızıloba kəndinin ərazisində minaya düşən Rafael Bayramov və Nicat Cabbarov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Rəsmi məlumatlara görə, Ermənistan və Azərbaycan arasında 30 illik münaqişədə döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı 2020-ci il 10 noyabr tarixli bəyanatdan sonra həmin ərazilərdə minaya düşmələri nəticəsində 28 mülki şəxs, 7 hərbi qulluqçu həlak olub, 97 hərbi qulluqçu, 51 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Rəsmi statistikaya görə, ümumilikdə 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2056 nəfər yaralanıb.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, bu ərazilərdə yüz minlərlə mina var.

Mövzuya uyğun

XS
SM
MD
LG