Accessibility links

Azərbaycanın humanitar minatəmizləmə əməliyyatlarına ABŞ-ın dəstəyi müzakirə edilib


Li Litzenberger and Olivier David
Li Litzenberger and Olivier David

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger ABŞ-nin Azərbaycanın humanitar minatəmizləmə əməliyyatlarına dəstəyini müzakirə etmək üçün Mine Advisory Group-un (MAG) ölkə üzrə direktoru Olivier David ilə görüşüb.

ABŞ-ın Azərbaycandakı Səfirliyi bildirir ki, ABŞ hökuməti MAG-ın fəaliyyətini maliyyələşdirir və 2021-ci ilin noyabrında humanitar minatəmizləmə əməliyyatlarına yarım milyon dollarlıq dəstək elan edib.

“ABŞ-nin ayırdığı maliyyə minalardan təmizləmə təşkilatlarının texniki potensialının artırılmasına, ölümlərə səbəb olan minaların və partlamamış hərbi sursatların təmizlənməsinə yönəlib. Bu səylər insanların təhlükəsizliyinin gücləndirilməsində və məcburi köçkün icmalarının öz evlərinə qayıdıb həyatlarını təhlükəsiz şəkildə bərpa etmələrində imkan yaratmaqda mühüm rol oynayacaq,” məlumatda qeyd edilir.

Amerika Birləşmiş Ştatları 2021-ci ilin noyabrında 2020-ci ilin payızında Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında yer alan intensiv atışma nəticəsində zərər cəkmiş ərazilərdə humanitar minətəmizləmə əməliyyatlarının həyata keçirilməsi üçün 500 min ABŞ dolları məbləğində yardım ayırdığını da elan edib.

Ümumilikdə Birləşmiş Ştatlar dünyada adi silahların məhvi sahəsində ən çox maliyyə yardımı ayıran dövlətdir. ABŞ 1993-cü ildən bəri beynəlxalq sülhün və təhlükəsizliyin inkişafı üçün 100-dən çox dövlətə 4 milyard dollardan artıq vəsait ayırıb. Bu vəsait mina və partlamamış sursatların mülki əhaliyə yaratdıqları təhlükələrin aradan qaldırılmasında istifadə olunub.

Rəsmi məlumatlara görə, Ermənistan və Azərbaycan arasında 30 illik münaqişədə döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı 2020-ci il 10 noyabr tarixli bəyanatdan sonra həmin ərazilərdə minaya düşmələri nəticəsində 25 mülki şəxs, 7 hərbi qulluqçu həlak olub, 97 hərbi qulluqçu, 44 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Rəsmi statistikaya görə, ümumilikdə 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2056 nəfər yaralanıb.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, bu ərazilərdə yüz minlərlə mina var.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG