Accessibility links

Azərbaycanda son iki gündə AMANA-nın iki əməkdaşı minaya düşüb


İyunun 19-da Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Əli Şükürov Cəbrayıl rayonunun Xudafərin kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədəı Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti bildirib ki, bundan öncə iyunun 17-də agentliyin başqa bir əməkdaşı Ruhin Vəliyev də Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb. Onun sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunub.

ANAMA azad edilmiş ərazilərdə möcvud mina təhlükəsi ilə üzləşməmək üçün vətəndaşları nizam-intizamlı davranmağa və məsuliyyətli olmağa çağırır.

Rəsmi məlumatlara görə, Azərbaycanın azad edilmiş ərazilərində 2020-ci ilin noyabrından 2022-ci ilin iyununadək ümumilikdə 33319 ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib.

Rəsmi məlumatlara görə, Ermənistan və Azərbaycan arasında 30 illik münaqişədə döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı 2020-ci il 10 noyabr tarixli bəyanatdan sonra həmin ərazilərdə minaya düşmələr nəticəsində 25 mülki şəxs, 7 hərbi qulluqçu həlak olub, 98 hərbi qulluqçu, 45 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ümumilikdə 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2058 nəfər yaralanıb.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

XS
SM
MD
LG