ABŞ səfiri vida mesajı ilə çıxış edib

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi təqaüdə çıxıb. O ölkəni tərk etməmişdən öncə fəaliyyətini əks etdirən vida mesajı ilə çıxış edib.

Səfir Libbi vida mesajında ilk öncə Azərbaycan xalqına təşəkkürünü bildirib. O ölkə ilə yaxından tanışlığını dilə gətirib, ABŞ-Azərbaycan əməkdaşlığını, mina təhlükələrini, sülh şəraitində yaşamağı xatırladır, azad medianın, tənqidi fikirilərin hədəf alınmamasını, korrupsiyadan azad iqtisadiyyatın olmasını vacib sayır.

“Danusia (həyat yoldaşı-red) və mən Azərbaycanın hər tərəfini gəzmişik, dağlara dırmanmışıq, çöllərdə yürüş etmişik, dənizdə üzmüşük. Qədim və müasir məbədləri, sinaqoqları və məscidləri ziyarət etmişik, yazılı tarixdən əvvələ aid petroqliflərə heyran olmuşuq, xalça toxuyanların və heykəltaraşların gözlərimiz önündə möcüzələr yaratmasına tamaşa etmişik və bəziləri dünya səviyyəli restoranlarda ən yaxşı aşpazlar tərəfindən hazırlanmış, bəziləri isə vəhşi təbiət qoynunda ocaq üzərində bişirilmiş ləzzətli yeməkləri dadmışıq”, o qeyd edib.

Səfir Libbidə ən yaddaqalan təəssüratları Azərbaycan xalqı yaradıb.

Azərbaycan xalqı bol tərif yağdırmaqda azad olduğu qədər səlahiyyətli şəxsləri tənqid vasitəsilə öz əməllərinə görə məsuliyyət daşımağa çağırmaqda da sərbəst olan müstəqil mediaya layiqdir.

“Nizami Gəncəvidən Ell və Nikkiyə, Vəcihə Səmədovadan Təvəkkül şefə, Zeynalabdin Tağıyevdən Azərbaycan Hava Yollarının 8243 nömrəli reysinin qəhrəman heyətinə kimi azərbaycanlılar, əfsanəvi igidlik, yaradıcılıq, dözümlülük, qonaqpərvərlik, dini müxtəliflik və dünyagörüşə sahib xalqdır. Danusia və mənim burada tanış olduğum hər bir azərbaycanlı belə möhtəşəm insanlarla ümumi irsi daşıyır”, vida mesaj;nda deyilir.

Səfir qeyd edib ki, Azərbaycan xalqı öz qonşuları ilə sülh şəraitində, güclü və suveren ölkədə yaşamağa layiqdirlər.

“Onlar bol tərif yağdırmaqda azad olduğu qədər səlahiyyətli şəxsləri tənqid vasitəsilə öz əməllərinə görə məsuliyyət daşımağa çağırmaqda da sərbəst olan müstəqil mediaya layiqdirlər. Onlar öz fikirlərini açıq ifadə edən insanları hədəfə almayan ədalət mühakiməsinin adil və şəffaf şəkildə tətbiq olunmasına layiqdirlər. Onlar korrupsiya və öz mənfəətini güdməkdən azad olan, firavan və perspektivli iqtisadiyyata layiqdirlər”, Mark Libbi bildirir.

Səfir iki ölkə arasındakı əməkdaşlığı belə ifadə edib.

“Biz iqtisadi rifahı yüksəltmişik. Tarixi 30 il əvvələ dayanan Əsrin Müqaviləsindən keçən ilki COP29-a və ABŞ-nin Azərbaycanda kiçik biznesə, fermerlərə və qadın sahibkarlara davam etməkdə olan dəstəyinə kimi ABŞ – Azərbaycan tərəfdaşlığı əlamətdar tərəqqiyə çatıb və daha aydın və dayanıqlı gələcək üçün təməllər qoyub. Birlikdə biz Azərbaycan əhalisinin təhlükəsizliyini təkmilləşdirmişik. Təlim, təchizat və əməkdaşlıq proqramları vasitəsilə Birləşmiş Ştatlar Azərbaycan vətəndaşlarının, sərhədlərinin və dəniz sahillərinin təhlükəsizliyinə fəal şəkildə dəstək verir. Səfirlik, azərbaycanlıların həyatına hər gün təhlükə yaradan minaların təmizlənməsinə milyonlarla dollar ayırıb. Mən və həmkarlarım Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə rəsmi səfərlər etməklə ABŞ-nin ərazi bütövlüyü prinsipinə hörmətini göstərmişik. Əleyhdarlar saxta konspirasiya hekayələri ilə hər gün şübhə toxumları səpməyə çalışır, lakin əməllərimizin səsi onların sözlərindən daha yüksəkdir”, Mark Libbi deyib.

Səfir yazır ki, Birləşmiş Ştatlarda təhsil alan azərbaycanlı tələbələrin sayının sürətli artımı, köçkünlər və digər az imkanlı əhali qruplarına İngilis dilinin tədrisi proqramları vasitəsilə iki xalq arasındakı dostluğun davamlı olduğu və inkişaf etdiyi sübuta yetirilib.

“Hər şeydən daha çox bu məndə münasibətlərimizin gələcəyinə dair böyük ümidlər doğurur”, o qeyd edib.