Accessibility links

ABŞ səfiri Ukraynanın Azərbaycandakı yeni səfiri ilə görüşüb


Mark Libbi və Yuriy Husyev (Mənbə: ABŞ səfirliyi)
Mark Libbi və Yuriy Husyev (Mənbə: ABŞ səfirliyi)

Mayın 10-da ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Ukraynanın Azərbaycandakı səfiri vəzifəsinə yeni təyin edilmiş Yuriy Husyevlə görüşüb.

“Ukraynanın Azərbaycandakı səfiri vəzifəsinə təyin olunmuş Yuriy Husyevlə görüşməkdən çox məmnunam. ABŞ Rusiyanın amansız müharibəsi qarşısında Ukraynanın və onun cəsur xalqının yanındadır”, səfir Libbi X platformasında yazıb.

Yuriy Husyev isə X platformasında ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi ilə görüşdə Rusiya təcavüzü dövründə azadlıq və müstəqillik uğrunda mübarizədə Amerikanın verdiyi dəstəyə görə təşəkkür etdiyini yazıb.

Prezident Volodimir Zelenski bu ilin fevralında Yuriy Husyevi Ukraynanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin edib.

Yuriy Husyev əvvəllər Xerson vilayətinin qubernatoru vəzifəsində çalışıb. 2020-2023-ci illərdə “Ukroboronprom” Dövlət Konserninin direktoru olub.

Forum

XS
SM
MD
LG