Accessibility links

ABŞ səfiri DanceAbility Azerbaijan performans qrupunun seminarına qatılıb


ABŞ səfiri DanceAbility Azerbaijan performans qrupunun seminarında (Mənbə: ABŞ səfirliyi)
ABŞ səfiri DanceAbility Azerbaijan performans qrupunun seminarında (Mənbə: ABŞ səfirliyi)

ABŞ səfiri Mark Libby, həyat yoldaşı Danusia Libby və səfirliyin digər əməkdaşları DanceAbility Azerbaijan performans qrupunun hər kəsi əhatə edən və hər kəsə ləyaqətli şəkildə hörmət və inteqrasiya imkanlarını təmin edən mühit yaratmaq səylərini dəstəkləmək məqsədilə hər həftə təşkil olunan inklüziv rəqs və hərəkətlərə dair seminara qatılıb.

Bu barədə ABŞ səfirliyi məlumat yayıb.

DanceAbility Azerbaijan Təşkilatı fiziki və əqli fərqlilikləri olan və olmayan uşaq, yeniyetmə və böyüklərə, peşəkar və az təcrübəli rəqqaslara rəqs-hərəkət dərsləri keçir. Dərslər DanceAbility metodu üzərində qurulub və iştirakçılara hissi fərqliliyi, intuisiyanı, yaradıcı prosesi, dinləmə və ünsiyyəti inkişaf etdirməyə kömək edir. Təşkilat ayrı-seçkiliyi dəf edərək bütün bacarıqlarda olan insanlarla işləməyə fokuslanıb və iştirakçılarda auditoriya önündə dərslər zamanı qazandıqları təcrübəni nümayiş etdirərkən özgüvən hissini yaradır. DanceAbility metodologiyası 1987-ci ildə ABŞ-da Alito Alessi və Karen Nelson tərəfindən yaradılıb. Alito Alessi metodunu son 30 il ərzində dünyanın hər yerindən dərslərinə qatılan fərqli bacarıqlarda iştirakçılarla işləyərək daha da təkmilləşdirib.

ABŞ səfiri DanceAbility Azerbaijan performans qrupunun seminarında (Mənbə: ABŞ səfirliyi)
ABŞ səfiri DanceAbility Azerbaijan performans qrupunun seminarında (Mənbə: ABŞ səfirliyi)

Səfir Mark Libby deyib ki, Birləşmiş Ştatlar həm ölkədə, həm də bütün dünyada inklüzivliyin və əlçatanlığın təşviqinə sərmayə qoyur.

“1990-cı ildə ABŞ-da “Əlilliyi olan amerikalılar haqqında” qəbul edilən qanun iş, məktəblər, nəqliyyat və rabitə daxil olmaqla, ictimai həyatın bütün aspektlərində əlillərə qarşı ayrı-seçkiliyi qadağan edir. Bu qanun irəliyə doğru böyük bir addım olsa da, biz ABŞ-ın verdiyi vədi yerinə yetirmək üçün daim çalışmalıyıq. Bu qanun həm də Azərbaycanda bu proqrama və bütün dünyada inklüzivliyi təşviq edən digər proqramlara dəstəyimizin motivasiyaedici ruhudur”, ABŞ səfiri qeyd edib.

Forum

XS
SM
MD
LG