Accessibility links

ABŞ səfiri Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib


ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.

Bu barədə səfirliyin “X” sosial şəbəkəsində məlumat paylaşılıb.

"Ramazan bayramı münasibətilə sizlərə ən xoş arzularımı və təbriklərimi çatdırıram. Qoy bu bayramı qeyd edən hər kəs dostluq, firavanlıq, cansağlığı və əmin-amanlıq içində yaşasın. Bayramınız mübarək!" səfir Libbi qeyd edib.

Öz növbəsində ABŞ dövlət katibi Antoni Blinken dünya müsəlmanlarının Ramazan bayramını təbrik edib.

Amerika Birləşmiş Ştatlarında və dünyanın hər yerindən Ramazan (Fitr) bayramını qeyd edən müsəlmanlara səmimi arzularımı göndərirəm.

Biz sülhə nail olmağa və bütün insanlar üçün dini etiqad azadlığını təmin etməyə sadiqik” dövlət katibi X platformasında qeyd edib.

Bundan əlavə Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.

Paylaşımda “Ramazan bayramınız mübarək!” sözləri qeyd olunub

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 10-u və 11-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.

Forum

XS
SM
MD
LG