Accessibility links

ABŞ səfiri Beynəlxalq Qadınlar Günü münasibəti ilə qəbul təşkil edib


ABŞ səfiri Mark Libbi Beynəlxalq Qadınlar Günü münasibəti ilə qəbulda (Mənbə: ABŞ səfirliyi)
ABŞ səfiri Mark Libbi Beynəlxalq Qadınlar Günü münasibəti ilə qəbulda (Mənbə: ABŞ səfirliyi)

Martın 8-də ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi bu il müxtəlif sektorlarda çalışan Azərbaycan qadınlarının nailiyyətlərini qeyd etmək məqdəsilə Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Tərəqqini sürətləndirmək üçün qadınlara sərmayə” mövzusunda rəsmi qəbul təşkil edib.

Səfir Libbi öz çıxışında qeyd edib: “Biz qadınların və qızların hüquqlarına və ləyaqətinə hörmət etmədən, onların bütün dünyada tam və bərabər iştirakı olmadan istədiyimiz dünyanı qura bilmərik. Birləşmiş Ştatlar dünyanı qadınlar üçün daha əlçatan etmək öhdəliyinə sadiqdir”, səfir qeyd edib.

ABŞ səfiri Mark Libbi Beynəlxalq Qadınlar Günü münasibəti ilə qəbulda (Mənbə: ABŞ səfirliyi)
ABŞ səfiri Mark Libbi Beynəlxalq Qadınlar Günü münasibəti ilə qəbulda (Mənbə: ABŞ səfirliyi)

ABŞ dövlət katibi Antoni Blinken isə Beynəlxalq Qadınlar Günü münasibət ilə bu günki çıxışında deyib ki, gerçək tərəqqini sürətləndirməyin yeganə yolu qadınların inkişafına sərmayə yatırmaqdır.

“Beynəlxalq Qadınlar Günündə daha parlaq gələcəyin təminatı məqsədilə qadınların bərabər imkanlar əldə etmələrinə yönələn qlobal təşəbbüslərimizə qoşulmağa çağırırıq!” Dövlət katibi qeyd edib.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edib, ötən ildə doğulmuş 112,6 min körpədən 46,9 faizi qız uşaqları olub.

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 82,7 faizi, orta ixtisas təhsil müəssisələrində 79,4 faizi, ali təhsil müəssisələrində 58,7 faizi, həkimlərin üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,6 faizini, orta ixtisas təhsili müəssisələri tələbələrinin 62,5 faizini, ali təhsil müəssisələri tələbələrinin yarısını qızlar təşkil edir.

Elmi işçilərin 59,2 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 1,6 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 1,5 dəfə artıb.

Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 47,9 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,4 faiz, fərdi sahibkarlar arasında isə 22,7 faizdir.

Milli Məclisdə qadın deputatların çəkisi 17,9 faiz təşkil edir.

Forum

XS
SM
MD
LG