Accessibility links

ABŞ Senatı Mark Libbinin Azərbaycana səfir təyin olunmasını təsdiqləyib


Mark Libbi
Mark Libbi

Mark Libbi (Mark Libby) ABŞ-nin Azərbaycandakı yeni səfiri təyin olunub.

ABŞ Senat mətbuat qalereyasının məlumatına görə, Senatda səsvermə keçirilib.

Məlumata görə, ABŞ Senatı Mark Libbinin Azərbaycana səfir təyin olunmasını təsdiqləyib.

ABŞ-nin Azərbaycandakı səfirinin fəaliyyət müddəti ötən ilin iyulunda başa çatıb.

2022-ci ilin may ayının 25-də ABŞ Prezidenti Cozef Bayden diplomatı Azərbaycana səfir təyin edilməsi ilə bağlı Konqresin Xarici Əlaqələr Komitəsinə təklif irəli sürüb.

Mark Libbi Vaşinqtonda yerləşən Milli Hərbi Kollecində Dövlət Departamentinin müşaviridir. O, ABŞ-ın Brüsseldəki missiyasında rəhbər müavini və Avropa İttifaqındakı müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. Libbi ABŞ-ın Varşava, Nassau, Nikosiya və Bağdaddakı diplomatik missiyalarında siyasi məsləhətçi kimi fəaliyyət göstərib.

Rəsmi məlumata görə, onun Vaşinqtondakı təyinatlarına müşahidəçi, daha sonra isə Dövlət Departamentinin Operativ Mərkəzində böhran idarəçiliyi üzrə direktor müavini, Mərkəzi Avropa İşləri İdarəsində direktor müavini, Cənubi Avropa İşləri üzrə idarənin direktoru və Diplomatik xidmət İnstitutunda istiqamətləndirmə üzrə direktor daxildir.

Daha əvvəl Libbi Dövlət Departamentinin Katibliyində işləyib, sonra direktor olub.

O, Massaçusets ştatının Tafts Universitetində bakalavr dərəcəsini alıb, həmçinin Parisdə Siyasi Araşdırmalar İnstitutunda ("Sciences-Po") təhsil alıb. O, görkəmli şəxlərin məzunu olduğu milli hərbi kollecdə magistr dərəcəsi alıb. Libbi polyak və fransız dillərini mükəmməl bilir.

Forum

XS
SM
MD
LG