Accessibility links

ABŞ səfiri Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə görüşüb


Şeyxülislam Allahşükür Paşazadə və Mark Libbi (Mənbə: ABŞ səfirliyi)
Şeyxülislam Allahşükür Paşazadə və Mark Libbi (Mənbə: ABŞ səfirliyi)

Martın 14-də Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri Şeyxülislam Allahşükür Paşazadə və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mark Libbi görüşüb.

ABŞ səfirliyinin məlumatına görə, səfir Libbi Ramazan ayının bərəkətli və firavan keçməsi üçün ən xoş arzularınıı çatdırıb.

“Qafqaz Müsəlmanları İdarəsinin rəhbərinn işi və Azərbaycanın müsəlman icması haqqında daha çox öyrənmək fürsətini yüksək qiymətləndirirəm”, səfir Libbi qeyd edib.

Qafqaz Müsəlmanları İdarəsinin məlumatında isə deyilir ki, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda müxtəlif din və məzhəb daşıyıcılarının bir ailənin üzvləri kimi dinc birgə yaşadıqlarını, ölkəsinin tolerant dini həyatı, nümunəvi multikultural həyat modeli ilə gündəmdə olmasını diqqətə çatdırıb.

“Dünya miqyasında dinlərarası dialoq müstəvisində Azərbaycanın ön yerlərdə olmasının əsas səbəbi məhz bu örnək təcrübə və heç şübhəsiz ki, dövlətimizin apardığı müdrik siyasətinin insan həmrəyliyinə xidmət etməsidir”, o qeyd edib.

Azərbaycandakı dini konfessiya nümayəndələrinin ötən il ABŞ-a səfərini xatırladan Şeyxülislam Paşazadə bu ölkənin müxtəlif din ardıcılları ilə yüksək səviyyədə münasibətlərin mövcudluğunu yüksək dəyərləndirdiyini deyib.

QMI-nin məlumatında deyilir ki, səfir Libbi dinlərarası dialoq prosesində dini lider olaraq Şeyxülislamın müstəsna rolu oldyğunu bildirib.

“Səfir Libbi həmçinin, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında dini liderlərin rolunun mühüm olduğuna toxunub”, məlumatda qeyd edilir.

Amerika səfiri bölgədə sabitlik və suverenliyin ən yaxşı qarantı, tərəqqi və çiçəklənmənin təməli olaraq sülhün əldə olunmasının hamının maraqlarına cavab verdiyi fikrində olduğunu diqqətə çatdırıb.

Forum

XS
SM
MD
LG