Accessibility links

ABŞ səfiri ölkəsinin regiona və Azərbaycana münasibətindən danışıb


Mark Libbi-ABŞ-ın Azərbaycandakı səfiri
Mark Libbi-ABŞ-ın Azərbaycandakı səfiri

“ABŞ-ın Azərbaycan, Ermənistan və Gürcüstanla əməkdaşlığı üç ümumi məqsədə xidmət edir: bu ölkələrin suveren, demokratik və xarici təsirlərdən müstəqil olmasıdır”.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi İctimai Telelviziyaya müsahibəsində bildirib.

"Mənə çox aydındır ki, hazırda Azərbaycan və Ermənistan arasında ən böyük problem etimadsızlıqdır", o qeyd edib, baxmayaraq hər iki ölkənin liderləri sülhə çox yaxın olduqlarını bildirir.

Səfir Libbi Rusiya sülhməramlıları Azərbaycanı tərk etməsini “müsbət bir hadisə” kimi qiymətləndirib.

“Sülh keşikçiləri” adlanan şəxslər, onların burada nə işlə məşğul olduqlarını soruşardım. Amma onlar Cənubi Qafqazın digər iki ölkəsindən başlayaraq regionun başqa yerlərində də var olmağa davam edirlər. Dediyim kimi, Moldova və Ukrayna. Bu, yalnız və sadəcə olaraq Rusiyanın müstəqilliyini heç vaxt tam tanımadığı zəif qonşular üzərində ağalıq üzərində qurulmuş xarici siyasət yürütmək qərarının nəticəsidir. Müstəqilliyi uğrunda mübarizə aparan o ölkələri ayağa qaldırıb dəstəkləmək bütün azadlıqsevər ölkələrin borcudur. ABŞ-ın Ukraynada gördüyü iş budur. Ukraynada başqa ölkələr də məhz bu işlə məşğuldur. Bu, bizim bütün siyasətimiz vasitəsilə ümumi məqsədimizdir”, o qeyd edib.

ABŞ Konqresinin Azərbaycanla bağlı mənfi qiymətləndirilməsi ilə bağlı sualı cavablandıran səfir açıq şəkildə bildirib ki, Amerika demokratik ölkədir və konqresmenlərin bütün məsələlərdə öz fikirləri var və administrasiya onlara diktə edə bilməz.

Onun dediyinə görə, bütövlükdə ABŞ-ın Azərbaycanda iqtisadi layihələr həyata keçirməsi maraqlarına gəlincə, sülh sazişi lazımdır, korrupsiya olmamalıdır, qanunun aliliyi və müqavilələrin təminatları olmalıdır.

“ABŞ şirkətlərinin bura investisiya qoymaq maraqlarına gəldikdə, deyərdim ki, sülh müqaviləsi olsa, pullarını buraya qoymaqda onların marağı artacaq. Əgər onlar əmin olsalar ki, yol boyu korrupsiya yoxdur, əgər onlar qanunun aliliyinə və müqavilələrin müqəddəsliyinə əmin ola bilərlərsə. Əsrin müqaviləsinin bağlanması zamanı olduğu kimi, Azərbaycan xarici sərmayələri cəlb etmək istəyirsə, bu barədə düşünməlidir”, səfir qeyd edib.

O, həmçinin qarşıdan gələn COP29 konfransının böyük əhəmiyyətini və Azərbaycanda yaşıl enerjinin yaradılması perspektivlərini qeyd edib.

Səfir ABŞ-ın işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində iştirakına da toxunub və qeyd edib ki, son illər Amerika bu məqsədlər üçün külli miqdarda vəsait xərcləyib.

907 saylı düzəlişin ikitərəfli münasibətlərdə ən böyük problem olduğu iddiası ilə bağlı səfir deyib ki, “Ən böyük problem insan haqları problemidir - jurnalistlərin, QHT-lərin və vətəndaş cəmiyyətinin nümayəndələrinin həbsidir. Siz 907-ni ikitərəfli münasibətlərdə ən böyük problem kimi göstərə bilərsiniz, mən təklif edərdim ki, bu, insan haqlarıdır.”

Forum

XS
SM
MD
LG