Accessibility links

ABŞ və Azərbaycan humanitar minalarla mübarizə sahəsində yardım məsələlərini müzakirə edib


Mark Kemeron və Vüqar Süleymanov
Mark Kemeron və Vüqar Süleymanov

ABŞ Dövlət Departamentinin Qafqaz İşləri və Regional Münaqişələr Ofisinin direktoru Mark Kemeron Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov ilə görüşüb.

ABŞ səfirliyinin yanvarın 29-da yaydığı məlumatına görə, görüşdə ABŞ-nin Minalar Məsləhətçi Qrupu (MAG) tərəfindən həyata keçirilən humanitar minalarla mübarizə sahəsində yardım məsələləri müzakirə edilib.

“Birləşmiş Ştatlar ölümcül minaların və partlamamış hərbi sursatların təmizlənməsi üzrə Azərbaycanla tərəfdaşlığını davam etdirməyi öhdəsinə götürüb”, məlumatda qeyd edilir.

ABŞ səfirliyi bildirir ki, 1999-cu ildən bəri ABŞ Azərbaycanda humanitar minalarla mübarizə üçün 32,2 milyon dollardan çox vəsait ayırıb.

“Bu səylər Azərbaycanda insan təhlükəsizliyinin və regionda sülhün möhkəmləndirilməsinə mühüm rol oynayır”, ABŞ səfirliyi qeyd edir.

Rəsmi məlumatlara görə, 2022-ci ilin yanvar-dekabr aylarında Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında 8780 ədədə piyada əleyhinə, 4133 tank əleyhinə mina və 14950 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. 41 915,77 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, 2020-ci ilin noyabrından indiyədək Azərbaycanda 286 nəfər mina partlaması nəticəsində xəsarət alıb. Onlardan 46 nəfər həlak olub. Həlak olanların 35 nəfəri mülki insanlardır.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, münaqişə olan ərazilərdə yüz minlərlə mina var.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG