Dekabrın 14-də Azərbaycanın Kəlbəcər rayonunun Çıraq kəndi (Bkıdan 460 kilometr qərb) ərazisində 8 nəfər şəxs minaya düşüb, onlardan 1 nəfəri ölüb.
Baş Prokurorluq, Daxili İşlər və Müdafiə Nazirliklərinin birgə məlumatına görə, aparılan ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.
"Həmçinin müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə ölüb", məlumatda qeyd edilir.
Hazırda faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 12-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə bildirib ki, bu ilin avqust ayından etibarən Azərbaycanın suveren ərazilərində 2021-ci ildə Ermənistanda istehsal olubmuş 2728 piyada əleyhinə mina aşkar edilib, 2020-ci ilin noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı bəyanatdan indiyə qədər 268 nəfər mina qurbanı olub.