Accessibility links

Azərbaycan Minatəmizləmə Agentliyi və ABŞ-ın Beynəlxalq Aeorokosmik Mühəndislik Korporasiyası memorandum imzalayıb


“Mina Təhlükəsi ilə Mübarizə: çağırışlar və imkanlar” mövzusunda keçirilən beynəlxalq tədbir (Foto ANAMA-dır)
“Mina Təhlükəsi ilə Mübarizə: çağırışlar və imkanlar” mövzusunda keçirilən beynəlxalq tədbir (Foto ANAMA-dır)

Noyabrın 18-də “Mina Təhlükəsi ilə Mübarizə: çağırışlar və imkanlar” mövzusunda keçirilən beynəlxalq tədbir çərçivəsində Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ilə Amerika Birləşmiş Ştatları şirkəti olan Beynəlxalq Aerokosmik Mühəndislik Korporasiyası (IAEK) arasında mina və partlayıcı sursatların təmizlənməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə ANAMA məlumat yayıb.

Agentliyin məlumatına görə, Azərbaycan Hökumətinin təşəbbüsü və ANAMA-nın təşkilatçılığı ilə Bakıda “Mina Təhlükəsi ilə Mübarizə: çağırışlar və imkanlar” mövzusunda üçgünlük beynəlxalq tədbir keçirilir.

Azərbaycan Minatəmizləmə Agentliyi və ABŞ-ın Beynəlxalq Aeorokosmik Mühəndislik Korporasiyası memorandum imzalayıb (Foto ANAMA-dır)
Azərbaycan Minatəmizləmə Agentliyi və ABŞ-ın Beynəlxalq Aeorokosmik Mühəndislik Korporasiyası memorandum imzalayıb (Foto ANAMA-dır)

Tədbirdə dünyanın 28 ölkəsindən minatəmizləmə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların, əməliyyat və istehsalçı şirkətlərin 60-dan yuxarı nümayəndəsi iştirak edir.

“Tədbir mina təhlükəsi ilə mübarizədə maraqlı olan tərəflərin diqqətini Azərbaycanın qarşılaşdığı mina probleminə yönəldərək, beynəlxalq iştirakçılar və qurumlar arasında əlaqələrin gücləndirilməsi, təcrübə mübadiləsinin aparılması, minatəmizləmə sahəsində istifadə olunan yeni metodların tətbiqi imkanlarını araşdırmaqla, “minasız həyat” təşəbbüslərinə dəstək göstərmək məqsədi ilə həyata keçirilir,” ANAMA-nın məlumatında qeyd edilir.

2020-ci il noyabrın 10-da müharibə başa çatdıqdan sonra Azərbaycanda 262 nəfər minaya düşüb, onlardan 44 nəfəri həlak olub.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, münaqişə olan ərazilərdə yüz minlərlə mina var.

XS
SM
MD
LG