Accessibility links

ABŞ-nin Müvəqqəti işlər vəkili Hüqo Qevara ANAMA-nın təlimatçıları ilə görüşüb


ABŞ-nin Müvəqqəti işlər vəkili Hüqo Qevara (Mənbə: ABŞ-ın Azərbaycandakı səfirliyi)
ABŞ-nin Müvəqqəti işlər vəkili Hüqo Qevara (Mənbə: ABŞ-ın Azərbaycandakı səfirliyi)

ABŞ-nin Müvəqqəti işlər vəkili Hüqo Qevara ANAMA-nın Göygöl Regional Mərkəzində ANAMA-nın təlimatçıları ilə görüşüb.

ABŞ-ın Azərbaycandakı səfirliyin məlumatına görə, torpaq altında olan maneələrin xüsusi radarlarla təchiz edilmiş ABŞ istehsalı olan detektorların istifadəsinə dair, eləcə də partlayıcı sursatların zərərsizləşdirilməsi ilə bağlı keçiriləcək təlimləri müzakirə edib.

"ABŞ minalardan təmizləmə fəaliyyətinə və ölümcül partlayıcı sursatların təmizlənməsinə texniki dəstək verir. Bu səylər insan təhlükəsizliyinin gücləndirilməsində və köçkün icmalarının öz evlərinə qayıtmalarına və həyatlarını təhlükəsiz şəkildə bərpa etmələrinə imkan yaratmaqda mühüm rol oynayır" , məlumatda deyilir.

Xatırlatma

Noyabrın 18-də "Mina Təhlükəsi ilə Mübarizə: çağırışlar və imkanlar" mövzusunda keçirilən beynəlxalq tədbir çərçivəsində Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ilə Amerika Birləşmiş Ştatları şirkəti olan Beynəlxalq Aerokosmik Mühəndislik Korporasiyası (IAEK) arasında mina və partlayıcı sursatların təmizlənməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə ANAMA məlumat yayıb.

"Tədbir mina təhlükəsi ilə mübarizədə maraqlı olan tərəflərin diqqətini Azərbaycanın qarşılaşdığı mina probleminə yönəldərək, beynəlxalq iştirakçılar və qurumlar arasında əlaqələrin gücləndirilməsi, təcrübə mübadiləsinin aparılması, minatəmizləmə sahəsində istifadə olunan yeni metodların tətbiqi imkanlarını araşdırmaqla, "minasız həyat" təşəbbüslərinə dəstək göstərmək məqsədi ilə həyata keçirilir" , ANAMA-nın məlumatında qeyd edilir.

2020-ci il noyabrın 10-da müharibə başa çatdıqdan sonra Azərbaycanda 262 nəfər minaya düşüb, onlardan 44 nəfəri həlak olub.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, münaqişə olan ərazilərdə yüz minlərlə mina var.

XS
SM
MD
LG