Accessibility links

Avropa İttifaqı "Yerüstü minalarsız Cənubi Qafqaz" regional kampaniyasını dəstəkləyir


Avropa İttifaqı bu il 30 noyabrda - "Yerüstü minaların və digər partlamamış döyüş sursatları qurbanları və onların Cənubi Qafqazdakı icmaları ilə həmrəylik günü”ndə başlayan "Yerüstü minalarsız Cənubi Qafqaz-2022-ci il" Regional kampaniyasını dəstəkləyib.

Avropa İttifaqı 2019 və 2021-ci illərdə də həmin kampaniyaya dəstək verib.

Bu barədə noyabrın 30-da Qafqaz Siyasi Araşdırmalar Mərkəzi, LinksEurope təşkilatı və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Bakıda keçirdiyi anım tədbirində məlumat verilib.

Görüşdə Azərbaycanın minalardan təmizlənməsi, mina və mərmi partlayışlarından zərərçəkənlərə yardımla məşğul olan ictimai və dövlət qurumları aktual məsələləri müzakirə ediblər.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyinin nümayəndəsi Fikrət Əliyev bildirib ki, agentlik maliyyə ilə təmin olunub, Azərbaycan hökuməti mina və mərmilərin axtarışında ərazini skan edən bahalı dronlardan istifadəyə görə pul ödəyir. Münaqişə zonasında ərazilərin minalanmasının sıxlığı yüksəkdir, ona görə də görüləcək çox iş var və digər mənbələrdən də maliyyələşməyə ehtiyac var.

O, həmçinin qeyd edib ki, erməni tərəfi piyada əleyhinə minaların istifadəsi, ehtiyat hissələrinin yığılması, istehsalı və ötürülməsi, onların məhv edilməsilə (Ottava Konvensiyası) bağlı yolverilməz qaydalardan istifadə edib.

"2020-ci ilin noyabrından indiyədək 260-dan çox adam, əsasən mülki şəxslər minaların qurbanı olub" , Əliyev qeyd edib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko bildirib ki, Avropa İttifaqı ANAMA-ya 6 milyon avrodan çox yardım edib. O hesab edir ki, azad edilmiş rayonların öz evlərinə qayıdan sakinlərinə maddi dəstək göstərilməlidir. Bu işdə minalara qarşı maarifləndirmə, iş yerlərinin yaradılması, geri qayıdan köçkünlərin sağlamlığının qorunması ilə məşğul olan ictimai təşkilatlara mühüm yer verilməlidir.

"Avropa İttifaqı Qarabağda tikinti- bərpa işləri üçün Azərbaycana 2 million avro ayırıb" , Mixalko deyib.

O, həmçinin region ölkələrinin minaların qadağan edilməsi haqqında müqaviləyə (Ottava Konvensiyası) əməl etməsinin vacibliyindən danışıb. Lakin problem ondan ibarətdir ki, region ölkələri bu konvensiyaya qoşulmayıb.

2022-ci ilin iyulunda Böyük Britaniyanın baş naziri Boris Consonun IX Qlobal Bakı Forumunun başlanması münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı məktubda Azərbaycan Ottava Konvensiyasına qoşulmağa dəvət olunub.

Tədbirdə minaların partlaması nəticəsində xəsarət alan mülki şəxslər iştirak ediblər. Onlar mina partlayışlarının nəticələrinin yaratdığı çətinliklərdən danışıblar, dünya birliyini minalardan istifadənin qarşısını almaq üçün səyləri artırmağa çağırıblar.

"Yerüstü minalarsız Cənubi Qafqaz" kampaniyası beynəlxalq tərəfdaşlarla birgə çalışan Ermənistan, Azərbaycan və Gürcüstandakı təşkilatların iştirakı ilə regional tədbirdir. Kampaniya LINKS Europe tərəfindən koordinasiya edilir əlaqələndirilir və Avropa İttifaqı tərəfindən dəstəklənir.

Rəsmi məlumatlara görə 2020-ci il noyabrın 10-da müharibə başa çatdıqdan sonra Azərbaycanda 262 nəfər minaya düşüb, onlardan 44 nəfəri həlak olub.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, münaqişə olan ərazilərdə yüz minlərlə mina var.

XS
SM
MD
LG