Apellyasiya Məhkəməsinin qərarı icra olunmur
Keçmiş səhiyyə naziri Əli İnsanov Bakı İstintaq Təcridxanasının rəisinə ərizə ilə müraciət edərək cəzaçəkmə müəssisəsinə köçürülməsinin təmin edilməsini tələb edib.
Vəkil Toğrul Babayev Amerikanın Səsinə bildirib ki, İnsanov ərizəsində Bakı Apellyasiya Məhkəməsinin qərarının bir aydan çoxdur qüvvəyə minməsinə baxmayaraq qanunsuz olaraq istintaq təcridxanasında saxlandığını yazıb. O məhkəmənin qərarının dərhal icra edilməsini tələb edir.
Bu il fevralın 25-də Bakı Apellyasiya Məhkəməsi keçmiş səhiyyə naziri Əli İnsanovun 11 il həbsdə saxlanması ilə bağlı əvvəlki hökmü qüvvədə saxlayıb. İnsanov məhkəmədə ilk olaraq dövlət başçısı barədə ciddi tənqidi fikirlər və faktlar söyləyib. Bundan sonra o səskeçirməz şüşə akvariuma salınıb və məhkəmə prosesi boyu dövlət başçısı, eyni ilə də hökumətlə bağlı tənqidi fikirlər söyləyən anda hakim mikrofonunu söndürüb.
Təkrar istintaq Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) 2013-cü il martın 14-də Əli İnsanovun hüquqlarının pozulması və ona kompensasiya verilməsi barədə qərarı ilə bağlı keçirilib. AİHM-nin qərarının yerinə yetirilməsi ilə əlaqədar Azərbaycan Ali Məhkəməsinin plenumu 2013-cü il noyabrın 15-də işi təkrar baxılmaq üçün Apellyasiya məhkəməsinə göndərib.
Ə.İnsanov 2005-ci ilin oktyabrında parlament seçkiləri öncəsi dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. 2007-ci ilin aprelində rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq, bir sıra iqtisadi cinayətlər törətmək ittihamı ilə 11 il azadlıqdan məhrum edilib.
İnsanov beynəlxalq və yerli hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.