Accessibility links

Əli İnsanov məhkəmədə hakimiyyəti ittihamedici bəyanatlar verib [Video & Audio Müsahibə]


Vəkil Toğrul Babayev Əli İnsanovun məhkəməsi barədə
please wait

No media source currently available

0:00 0:02:26 0:00

Vəkil Toğrul Babayev Əli İnsanovun məhkəməsi barədə

Vəkil Toğrul Babayevin Amerikanın Səsinə müsahibəsi

Yanvarın 17-də Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçmiş səhiyyə naziri Əli İnsanovun cinayəti işi üzrə təkrar məhkəmə prosesi başlayıb.

Vəkil Toğrul Babayevlə müsahibə
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Əli İnsanov 2005-ci il parlament seçkiləri ərəfəsində həbs edilib. O, əvvəlcə dövlət çevrilişinə cəhddə ittiham olunub, daha sonra ittiham ayrıca icraata ayrılıb və 2007-ci ilin aprelində o, iqtisadi cinayətlərə görə mühakimə olunub və 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Noyabrın 15-də Azərbaycan Ali Məhkəməsinin Plenumu Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Əli İnsanovla bağlı qərarına baxaraq, Ali Məhkəmənin və Bakı Apellyasiya Məhkəməsinin onun işi üzrə hökmlərini ləğv edib. Eyni zamanda, plenum birinci instansiya məhkəməsinin İnsanovun 11 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökmünü qüvvədə saxlayıb. Lakin Plenumun qərarına əsasən, AİHM-nin göstərişi nəzərə alınmaqla, iş təkrar məhkəmə istintaqı üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Bugünku məhkəmənin gedişində vəkillər İnsanovun dəmir barmaqlıqlar arxasından çıxarılaraq müdafiə tərəfinin yanında oturdulması, cinayət işinə bəraətverici əsasla xitam verilməsi, qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı vəsatət qaldırıb. Məhkəmə heyəti hər hansı əsas göstərmədən vəsatətləri təmin etməyib.

Bu zaman Əli İnsanov məhkəmənin siyasi sifarişlə işlədiyini bildirib və məhkəmə heyətinə etiraz edib. Bu səbəbdən məhkəmə prosesi yanvarın 31-i saat 14.30-dək təxirə salınıb.

İnsanov məhkəmədə bir sıra ittihamedici və siyasi bəyanatlarla da çıxış edib. O bildirib ki, siyasi sifarişlə həbs edilib.

“Sizin prezidentiniz İlham Əliyev mənim həbsdə saxlanmağım barədə göstəriş verib. Siz istəsəniz də, qanunlar imkan versə də məni həbsdən azad etməyəcəksiniz”, o qeyd edib.

Keçmiş nazir deyib ki, İlham Əliyevin onunla mübarizə aparmağa savadı və səviyyəsi çatmır.

“Biz Heydər Əliyevə inanmışdıq. Amma buna çox təəssüf edirəm. İlham Əliyev isə Azərbaycan xalqı üçün yad ünsürdür”.

İnsanov bildirib ki, İlham Əliyevin Kazinolarda nə qədər pul uduzması barədə gələcək məhkəmə proseslərində məlumat verəcək.

O, hökuməti ittihamedici bəyanatlarla da çıxış edib, akademik Ziya Bünyadovun, jurnalist Elmar Hüseynovun güllələnməsində hazırkı hakimiyyəti günahlandırıb. Yeni Azərbaycan Partiyasının qurucularından olan Sirus Təbrizlini hazırkı hakimiyyətin zəhərlədiyini deyib.

“Həkim kimi mən Sirus Təbrizlini müayinə etmişdim. O, sağlam idi”.

İnsanov NİDA Vətəndaş Hərəkatını dəstəklədiyini bildirib və həbsdə olan gənc fəalların valideynlərinə təşəkkür edib.

“Azərbaycanın gələcəyi və Azərbaycan inqilabı bu gənclərlə bağlı olacaq”.

O, həbsxanalarda insanlara işgəncələr verildiyini də diqqətə çatdırıb.
XS
SM
MD
LG