Accessibility links

Ali Məhkəmənin Plenumunun qərarı Əli İnsanova verilmir


Keçmiş səhiyyə naziri Əli İnsanov
Keçmiş səhiyyə naziri Əli İnsanov

Sabiq nazir Ali Məhkəmənin Plenumunun qərarını siyasi sifariş sayır və Ali Məhkəmənin sədrinə müraciət edib

Ali Məhkəmənin Plenumundan 17 gün keçməsinə baxmayaraq plenumun qərarı hələ də mənə təqdim edilməyib. Plenumun qərarını yubatmadan mənə təqdim etməyinizi xahiş edirəm. Bu barədə hazırda həbsdə olan sabir səhiyyə naziri Əli İnsanovun Ali Məhkəmənin sədri Ramiz Rzayevə bu gün ünvanladığı məktubunda deyilir.

Noyabrın 15-də Azərbaycan Ali Məhkəməsinin Plenumu Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Əli İnsanovla bağlı qərarına baxaraq, Ali Məhkəmənin və Bakı Apellyasiya Məhkəməsinin onun işi üzrə hökmlərini ləğv edib. Eyni zamanda, plenum birinci instansiya məhkəməsinin İnsanovun 11 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökmünü qüvvədə saxlayıb. Lakin Plenumun qərarına əsasən, AİHM-nin göstərişi nəzərə alınmaqla, iş təkrar məhkəmə istintaqı üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Vəkili Toğrul Babayev məhkəmənin qərarını ədalətsiz və qeyri-obyektiv adlandırıb. O hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi AİHM-nin qərarından irəli gələrək, İnsanovu həbsdən azad etməli idi.

AHİM-i 14 mart 2013-cü ildə Əli İnsanov barəsində qərar çıxararaq, sabiq nazirin Azərbaycan hökumətinə qarşı ədalətli məhkəmə təhqiqatı hüququnun pozulması və ona qarşı işgəncə tətbiq edilməsi ilə əlaqədar iddiasını təmin edib. Bundan başqa, AİHM-nin qərarına əsasən, Azərbaycan hökuməti kompensasiya kimi İnsanova 10 min avro ödəməlidir. AİHM-nin qərarı iyunun 14-də qüvvəyə minib.

Əli İnsanov 2005-ci il parlament seçkiləri ərəfəsində həbs edilib. O, əvvəlcə dövlət çevrilişinə cəhddə ittiham olunub, daha sonra ittiham ayrıca icraata ayrılıb və 2007-ci ilin aprelində o, iqtisadi cinayətlərə görə mühakimə olunub və 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İnsanov Ali Məhkəmənin sədrinə ünvanladığı məktubda bildirir ki, plenumun qərarının ona təqdim edilməməsi bütün vasitələrlə həbsdə saxlanmasının müddətini uzatmağa xidmət edir.

“Unutmayın ki, mənim həbsdə qanunsuz saxlanmağımın hər gününə görə məsuliyyət daşıyırsıniz”, -deyəo qeyd edir.

İnsanov hesab edir ki, Ali Məhkəminin Plenumun 15 noyabr iclasının qərarı siyasidir.

“Sizin sədrliyiniz ilə keçirilən plenum siyasi hakimiyyətin sifarişi ilə məni azadlığa buraxmamaq məqsədi ilə birinci instansiya məhkəməsinin hökmünü qərəzli olaraq qüvvədə saxlayıb. Amma, Plenum həmin qanunsuz hökmü təsdiq etmiş Apellyasiya və kassasiya məhkəmələrinin qərarını ləğv edib. Nəticədə AİHM-nin 14 mart qərarı icra edilməyib, mən qanunsuz olaraq azadlığa buraxılmamışam. Bu günə kimi 13 saylı cəzaçəkmə müəssisəsində dözülməz şəraitdə saxlanıram, işgəncələrə məruz qalıram”, İnsanovun Ali Məhkəmənin sədrinə ünvanladığı məktubunda deyilir.
XS
SM
MD
LG