Accessibility links

Əli İnsanov Milli Şuranın yaradılmasını alqışlayır


Əli İnsanov
Əli İnsanov

Keçmiş səhiyyə naziri barədə Avropa Məhkəməsinin hokum qüvvəyə minib

Hazırda həbsdə olan Azərbaycanın keçmiş səhiyyə naziri Əli İnsanov Milli Şuranın yaradılmasını alqışlayır.

“Hesab edirəm ki, Milli Şuranın yaradılması demokratiya uğrunda görüləcək işlərin başlanğıcı və çox mühüm bir mərhələsidir. Prosesləri diqqətlə izləyirəm. Milli Şuraya xalqımızla birgə uğurlar arzulayıram” Əli İnsanovun vəkili Toğrul Babayev Amerikanın Səsinə onun adından bildirib.

İnsanov bəzi media orqanlarında onun iqtidar tərəfrindən azadlığa buraxılacağı ilə bağlı yayılan xəbələri təkzib edib.

“Mən hökumətlə hər hansı danışıq aparmıram və hər hansı sövdələşməm yoxdur”, o qeyd edib.

Vəkil keçmiş nazirin səhhətinin normal olduğnu və özünü yaxşı hiss etdiyini bildirib.

T.Babayev bildirib ki, iyunun 14-də Əli İnsanovla bağlı Avropa İnsan Hüquqları Mərhkəməsinin hökmü qüvvəyə minib.

“Avropa Məhkəməsi martın 14-də Əli İunsanovun şikayəti üzrə qərar qəbul edib. Qərarda yazılıb ki, iyunun 14-ü saat 24.00-dək tərəflər şikayət etməzsə qərar qüvvəyə minir. Ə.İnsanov qərardan şikayət etməyib, hökumət tərəfindən isə şikayət edilməsi barədə hər hansı məlumat yoxdur. Hesab edirik ki, Avropa Məhkəməsinin qəraraı qüvvəyə minib və Azərbaycana göndrəiləcək. Azərbaycan Ali Məhkəməsinin Plenumu 3 ay müddətində Əli İnsanovla bağlıAzərbaycan məhkəmlərinin hökm və qərarlarını ləğv edib, onu azadlığa buraxmaldır, vəkil bildirib.

Əli İnsanov 2005-ci ilin oktaybrında parlament seçkiləri öncəsi dövlət çevirilişinə cəhddə ittiham edilib, sonra ittihamlar iqtisadi cinayətlərlə əvəz edilib. Məhkəmə keçmiş naziri 11 il azadlıqdan məhrum edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG