Noyabrın 18-də vəkil Toğrul Babayev cəzaçəkmə müəssisəsində keçmiş səhiyyə naziri Əli İnsanovla görüşüb.
Vəkil Amerikanın Səsinə bildirib ki, Ali Məhkəmənin Plenumunun Əli İnsanov barədə qərarı ilə bağlı ətraflı məlumat verib.
Noyabrın 15-də Azərbaycan Ali Məhkəməsinin Plenumu Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) keçmiş səhiyyə naziri Əli İnsanovun işi üzrə qərarının icrası ilə bağlı məsələyə baxıb. Plenum İnsanov barəsində Ali Məhkəmənin və Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib, birinci instansiya məhkəmənin, - Azərbaycan Ağır Cinayətlərə dair Məhkəmənin həbs qərarını isə qüvvədə saxlayıb. Ali Məhkəmənin Plenumu həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının xüsusatlarına baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.
Avropa İnsan Hüquqları Məhkəməsi 2013-cü il martın 14-də Əli İnsanovun işgəncə və ədalətli məhkəmə hüququ üzrə iddialarını təmin edib. Qərara əsasən, Azərbaycan hökuməti keçmiş nazirə 10 min avro kompensasiya da ödəməlidir.
Əli İnsanov 2005-ci ilin oktyabrında parlament seçkiləri öncəsi həbs edilib. O, öncə dövlət çevrilişinə cəhdə hazırlıqda ittiham edilib, sonra ittiham dəyişdirilərək iqtisadi cinayətlərlə əvəz olunub. 2007-ci ilin aprelində əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib.
Vəkilin sözlərinə görə, bu gün Əli İnsanov Azərbaycan hökumətinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını siyasi sifariş əsasında qəsdən icra etməməsinə görə, Avropa Şurasının Nazirlər Komitəsinə, Avropa Şurasına üzv dövlətlərin xarici işlər nazirlərinə, Avropa Şurası İnsan Haqları Komissarına, Avropa Şurasının İnsan Hüquqları Məhkəməsinin Qərarlarının İcrası Departamentinə şikayətlər göndərib.
Əli İnsanov Azərbaycan Ali Məhkəməsinin Plenumunun qərarı ilə bağlı xüsusi bəyanatla da çıxış edib.
“Mən rahat və nikbinəm. Azərbaycan iqtidarının mənimlə var gücü ilə necə mübarizə aparması göz qabağındadır. Mən bu mübarizədə varam. Həzrət Əli demişkən: Mən qaçanı qovmayacam, üstümə gələnin də qarşısından qaçmayacam.
Azərbaycan iqtidarı 2005-ci ildə məni həbs edərkən olduğu kimi bu gün də azadlığa çıxmağımın qarşısını almaq üçün hakimləri cinayət etməyə məcbur edib. İnşallah, haqq ədalət bərqərar olacaq”, keçmiş nazir qeyd edib.