Accessibility links

Əli İnsanov Ədliyyə Nazirliyini məhkəməyə verib


Əli İnsanov
Əli İnsanov

Sabiq Səhiyyə naziri saxlanma şəratindən narazıdır

Hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov saxlanma şəraiti ilə əlaqədar Ədliyyə Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb

Bu barədə Amerikanın Səsinə vəkil Toğrul Babayev bildirib.

Onun sözlərinə görə Avropa İnsan Hüquqları Məhkəməsinin İnsanovun işi üzrə 14 iyun 2013-cü ildə qüvvəyə minmiş qərarında deyilir ki, sabiq nazirin Avropa İnsan Hüquqları Konvensiyasında zəmanət verilmiş hüquqları onun uzun müddət ağır şəraitdə saxlanılması ilə pozulub.

Ə.İnsanov 178 nəfərlə birlikdə barakda saxlanılır. İnsanovun saxlandığı yer rütubətlidir və az işıqlandırılır.

İddiada İnsanovun Avropa standartlarına uyğun məkana keçirilməsi tələbi yer alır.

Bu şikayət AİHM-nin 14 iyun 2013-cü ildə qüvvəyə minmiş İnsanovun işi üzrə Azərbaycan məhkəmələrinin qərarlarının qanunsuz hesab olunması haqqında qərarının yerinə yetirilməməsi ilə bağlıdır.

Bundan başqa, İnsanov AŞ Nazirlər Komitəsinə Azərbaycan hökumətnin Avropa Məhkəməsinin onun işi üzrə qərarlarını yerinə yetirməməsi ilə əlaqədar şikayət göndərib.

Avropa İnsan Hüquqları Məhkəməsi 14 mart 2013-cü ildə İnsanovun ədalətli mühakimə hüququ haqqında iddiasını təmin edib və ona qarşı işgəncə faktını təsdiq edib.

Bu səbəbdən Avropa Məhkəməsi Azərbaycan hökumətinin İnsanova 10 min avro kompensasiya ödəməli olduğu haqqında qərar verib.

Əli İnsanov 2005-ci ilin oktyabrında həbs edilib və dövlət çevrilişi hazırlamaqda ittiham edilib, amma daha sonra ittiham dəyişdirilib və onu iqtisadi cinayətlərə görə 11 il müddətinə mühakimə ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG