Bakı Apellyasiya Məhkəməsində Sənan Hacıyevin sədrliyi ilə keçmiş səhiyyə naziri Əli İnsanovun Penitensiar Xidmət və Ədliyyə Nazirliyinə qarşı apellyasiya şikayətinə baxılması başlanıb.
Şikayət Avropa İnsan Hüquqları Məhkəməsinin Ə.İnsanova qarşı işgəncə faktını tanıması ilə əlaqədar verilib.
2013-cü il martın 14-də AİHM Ə.İnsanovun İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi (işgəncələrin qadağan edilməsi) və 6-cı maddəsi (ədalətli məhkəmə çəkişməsi hüququ) ilə zəmanət verilmiş hüquqlarının pozulmasını tanıyıb və ona 10 min avro həcmində kompensasiyanın verilməsi haqda qərar çıxarıb.
Bununla əlaqədar Ə.İnsanov onun hüquqlarının Penitensiar Xidmət rəhbərliyi və şəxsən ədliyyə naziri Fikrət Məmmədov tərəfindən pozulmasının tanınmasını tələb edir.
Vəkil Toğrul Babayev Amerikanın Səsinə bildirib ki, iclasda Penitensiar Xidmətin nümayəndəsi iştirak edib, Ədliyyə Nazirliyi isə öz nümayəndəsini göndərməyib.
Ə.İnsanov bildirib ki, F.Məmmədov hesab edir ki, İlham Əliyevin qohumu olduğuna görə məhkəməni saymaya bilər, hətta öz nümayəndəsini belə göndərmir.
Ə.İnsanov F.Məmmədovun məhkəməyə gəlməsi ilə bağlı vəsatət qaldırıb. Hakimlər məşvərətə gediblər və qərara alıblar ki, Ədliyyə Nazirlyinin nümayəndəsi olmadan işə baxmaq olmaz. Növbəti proses yanvarın 31-nə təyin edilib.
Eyni zamanda yanvarın 17-də Bakı Apellyasiya Məhkəməsində Ə.İnsanovun daha bir işi üzrə AHİM-in qərarına baxılacaq.
Azərbaycanın məhkəmə orqanları Avropa məhkəməsinin qərarını icra etməlidir. Lakin Azərbaycan Ali Məhkəməsi ötən ilin oktyabrında işi təkrar baxılmaq üçün Apellyasiya Məhkəməsinə göndərib.
Ə.İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub.
2007-ci ilin aprelində rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq, bir sıra iqtisadi cinayətlər ittihamları ilə 11 il azadlıqdan məhrum edilib.
Sonradan Ə.İnsanov hüquq-müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.