Fevralın 25-də Bakı Apellyasiya Məhkəməsi keçmiş səhiyyə naziri Əli İnsanovun 11 il həbsdə saxlanması ilə bağlı əvvəlki hökmü qüvvədə saxlayıb.
Hökm Ə.İnsanovun iştirakı olmadan elan edilib.
O, ötən gün bildirib ki, prosesdə iştirakdan imtina edir, çünki təkrar məhkəmə əvvəlki kimi qanun pozuntusu ilə keçir.
Vəkil Toğrul Babayev Amerikanın Səsinə müsahibəsində bildirib ki, İnsanovu məhkəməyə zorla gətiriblər, lakin o, zala daxil olmaqdan imtina edib və məhbuslar üçün otaqda oturub.
Vəkil deyib ki, Azərbaycan hakimiyyəti Avropa İnsan Hüquqları Məhkəməsinin Ə.İnsanovun barəsində qərarını yerinə yetirməyib.
Təkrar istintaq Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) 2013-cü il martın 14-də Ə.İnsanovun hüquqlarının pozulması və ona kompensasiya verilməsi barədə qərar qəbul etməsi ilə bağlı keçirilir.
AİHM-nin qərarının yerinə yetirilməsilə əlaqədar Azərbaycan Ali Məhkəməsinin Plenumu 2013-cü il noyabrın 15-də işi təkrar baxılmaq üçün Apellyasiya Məhkəməsinə göndərib.
Ə.İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs olunub. 2007-ci ilin aprelində rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq, bir sıra iqtisadi cinayətlər törətmək ittihamı ilə 11 il azadlıqdan məhrum edilib. Sonradan o, hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.