Accessibility links

Əli İnsanov məhkəməyə gəlməkdən imtina edib


A police officer and a fire fighter help a child victim of an apartment building fire in Baku, Azerbaijan. Azerbaijani officials say 16 people have died and more than 50 have been injured in a fire at an apartment building in the captital Baku.
A police officer and a fire fighter help a child victim of an apartment building fire in Baku, Azerbaijan. Azerbaijani officials say 16 people have died and more than 50 have been injured in a fire at an apartment building in the captital Baku.

Keçmiş nazir hökuməti kəskin ittihamlarla tənqid edib, hökuməti Avropa Məhkəməsinin qərarını yerinə yetirməməkdə günahlandırıb.

Keçmiş səhiyyə naziri Əli İnsanov Bakı Apellyasiya Məhkəməsinin fevralın 25-də keçiriləcək iclasında iştirakdan imtina edib.

Vəkil Toğrul Babayev Amerikanın Səsinə bildirib ki, Ə.İnsanov bu gün bəyanatla çıxış edib və bəyanatını Bakı İstintaq Təcridxanası vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə göndərib.

Sənəddə deyilir: “İşə Bakı Apellyasiya Məhkəməsində siyasi sifarişlə baxıldığına, müdafiə, çəkişmə, təqsirsizlik prezumpsiyası hüquqlarım kobud şəkildə pozulduğuna, müdafiə tərəfinin bütün vəsatətləri rədd edildiyinə, dəvət etdiyi şahidləri dindirməkdən boyun qaçırdıldığına, məhkəmə tərkibinə etirazlara məhəl qoymadığına, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı icra olunmadığına, birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanacağı əvvəlcədən məlum olduğuna etiraz olaraq apellyasiya baxışında iştirakdan imtina edirəm”, sənəddə qeyd edilir.

Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında parlament seçkiləri qabağı dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib. Sonradan ittiham dəyişdirilərək iqtisadi cinayətlərlə əvəz olunub. O,11 il müddətinə azadlıqdan məhrum edilib.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ə.İnsanovun İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi (işgəncələrin qadağan edilməsi) və 6-cı maddəsi (ədalətli məhkəmə çəkişməsi hüququ) ilə zəmanət verilmiş hüquqlarının pozulmasını tanıyıb və ona 10 min avro həcmində kompensasiyanın verilməsi haqda qərar çıxarıb.

AİHM-nin qərarının icrası ilə əlaqədar Azərbaycan Ali Məhkəməsinin Plenumu 2013-cü il noyabrın 15-də işi təkrar baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib. Yanvarın 17-də Bakı Apellyasiya Məhkəməsində işin təkrar baxışı başlayıb.

Məhkəmə zalında Əli İnsanov səs keçirməyən şüşə akvariuma salınıb. O hər dəfə tənqidi fikrilər söyləyərkən sədrlik edən dərhal mikrofonunu söndürüb. İnsanov dəflərlə zalda danışılanları eşitmədiyini, akvariumda havanın çatmamasını, onun danışmaq, çəkişmək hüququnun təmin edilmədiyini məhkəmə heyətinin diqqətinə çatdırıb. Lakin məhkəmə onun dediklərini nəzərə almayıb.

Hətta son məhkəmə iclasında İnsanov ucadan danışdığı zaman medianın eşitməsinə mane olmaq üçün akvariumun önündə üç cərgəyədək nəzarətçilər düzülüb və onlar öskürüb, burunlarını çəkməklə keçmiş nazirin səsini eşidilməz edib. Bundan sonra İnsanov məhkəməyə gəlməkdən imtina edib.

Fevralın 25-də məhkəmənin qərarı gözlənilir.
XS
SM
MD
LG