Accessibility links

Avropa Şurasının Nazirlər Komitəsi Əli İnsanovun şikayətinə baxıb


Əli İnsanov
Əli İnsanov

Nazirlər Komitəsi Azərbaycan hökumətindən Avropa Məhkəməsinin qərarını yerinə yetirməməsi ilə bağlı izahat tələb edəcək

Avropa Şurasının Nazirlər Komitəsi sabiq səhiyyə naziri Əli İnsanovun şikayətinə baxıb və Azərbaycan hökumətindən izahat tələb edib. Eyni zamanda Avropa Məhkəməsinin qərarını icra etmədiyinə görə Nazirlər Komitəsinin iyunun 3-5-də keçiriləcək iclasında Azərbaycanın məsələsini müzakirəyə çıxarmaq qərara alınıb. İclasda İnsanovun işi yenidən müzakirəyə qoyulacaq. Sabiq nazirlə bağlı qərar icra olunmadığına görə Azərbaycanın cəzalandırılacağı gözlənilir. Bu barədə vəkil Toğrul Babayev Amerikanın Səsinə bildirib.

Avropa Şurasının rəsmi saytı da bu barədə məlumat yayıb.

Əli İnsanov 2005-ci ilin oktyabrında parlament seçkiləri öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib. Sonradan ittiham iqtisadi cinayətlə əvəz olunub. Sabiq nazir 2007-ci ilin aprelində rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq, bir sıra iqtisadi cinayətlər törətmək ittihamı ilə 11 il azadlıqdan məhrum edilib.

O, hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib. 2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi işə baxılmasını yekunlaşdırıb, Əli İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarı qüvvədə saxlanılıb.

Hökm Əli İnsanovun iştirakı olmadan elan edilib. Keçmiş nazir təkrar məhkəmənin əvvəlki kimi qanun pozuntusu ilə keçdiyinə görə prosesdə iştirakdan imtina etdiyi barədə bəyanat verib.

Vəkil Toğrul Babayev bildirib ki, Azərbaycan hakimiyyəti Avropa İnsan Hüquqları Məhkəməsinin Ə.İnsanovun barəsində qərarını yerinə yetirməyib.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG